Cümə axşamı , 2 Aprel 2026

Region

Xamenei ilə Tehranda vida mərasimi təxirə salınıb

İranın keçmiş ali rəhbəri ayətullah Seyid Əli Xamenei ilə Tehranda məsciddə keçirilməsi nəzərdə tutulan vida mərasimi təxirə salınıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “donya-e-eqtesad” yayıb. Məlumata görə, vida ilə bağlı yekun cədvəl yaxın zamanda elan olunacaq. Bildirilib ki, tədbirin təxirə salınması təhlükəsizlik məsələləri ilə bağlıdır.

Read More »

İsrail xüsusi təyinatlıları İrana girdi: quru əməliyyatı başladı – KİV

“Al Arabiya”nın məlumatına görə, MOSSAD və İsrail xüsusi təyinatlıları İranda quru əməliyyatı həyata keçiriblər. Boyukmillet.com xəbər verir ki, əməliyyat bazar ertəsi gecə birbaşa İran ərazisində baş tutub. Hələ ki təfərrüatlar açıqlanmayıb. İndiyə qədər nə İsrail, nə də İran sözügedən əməliyyatla bağlı şərh verib. /Globalinfo.az/

Read More »

İrandan bəzi məhsulların ixracına- Qadağa

İran bir sıra məhsulların ixracını qadağan edib. Bu barədə ölkənin Gömrük İdarəsi məlumat yayıb. Məlumata görə, İranın Kənd Təsərrüfatı Nazirliyi mövcud şəraitdə ölkə bazarında qiymətləri tənzimləmək məqsədilə yumurta, pomidor və xurmanın ixracına qadağa tətbiq edib. Qadağanın qeyri-müəyyən müddətə tətbiq edildiyi bildirilir. Xatırladaq ki, İran ötən gündən etibarən kartof ixracına da qadağa elan etmişdi./Qafqazinfo.az/

Read More »

Türkiyə sərhədçiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

Türkiyədəki bütün sərhəd bölmələri bölgədəki vəziyyətlə əlaqədar olaraq yüksək hazırlıq vəziyyətindədir və hadisələri real vaxt rejimində izləyirlər. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi nazirlikdə keçirilən təhlükəsizlik iclasında bildirib. Qeyd olunub ki, sərhəd təhlükəsizliyi üzrə görüşdə bölgədəki inkişaflar və onların qlobal təsirləri barədə ətraflı müzakirə aparılıb: “Bu kontekstdə sərhəd təhlükəsizliyimizi ən yüksək səviyyədə qorumaq, qanunsuz miqrasiya …

Read More »

Tramp: Xameneinin ölümündən sonra İranla danışıqlar aparmaq “daha asan” olacaq

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranın ali dini lideri Ayətullah Əli Xameneinin öldürülməsindən sonra Tehranla razılığa gəlmək “çox daha asan” olacaq. Boyukmillet.com xəbər verir ki, Amerika lideri bunu “CBS News”a telefonla verdiyi müsahibədə deyib. Onun fikrincə, ABŞ və İsrailin Xameneinin ölümü ilə nəticələnən hücumları “effektiv olub” və diplomatiyaya yol aça bilər. “İndi dünənkindən çox daha asandır, aydındır. Çünki onlara …

Read More »

ABŞ və İsrailin hücumları nəticəsində İranın yüksək vəzifəli kəşfiyyat rəsmisi öldürülüb

İranın Kəşfiyyat Nazirliyinin yüksək vəzifəli rəsmisi Məhəmməd Bəseri ABŞ və İsrailin Tehrana hava hücumu nəticəsində həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə İranın İSNA agentliyi məlumat yayıb. Xatırladaq ki, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən …

Read More »

Qazaxıstan vətəndaşlarını İranı Azərbaycan vasitəsilə tərk etməyə çağırıb

Qazaxıstan vətəndaşlarına İran ərazisini Azərbaycanla quru sərhədləri vasitəsilə tərk etmək variantlarını nəzərdən keçirmək üçün diplomatik nümayəndəliklərlə əlaqə saxlamaları tövsiyə olunur. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyindən bildirilib. Bundan əlavə, İranın hava məkanının bağlanması və aviauçuşların müvəqqəti dayandırılması fonunda Qazaxıstan vətəndaşlarına İran ərazisindən Ermənistan, Türkiyə və Türkmənistan vasitəsilə çıxmaq üçün müxtəlif alternativləri nəzərdən keçirmək tövsiyə …

Read More »

Xameneinin ailə üzvlərinin ölüm xəbərləri təsdiqlənib

İranın ali dini lideri Əli Xameneinin qızı, kürəkəni və nəvəsi ABŞ ilə İsrailin endirdiyi hava zərbələri nəticəsində həlak olublar. Boyukmillet.com xəbər verir ki, bu barədə “Mehr” Xəbər Agentliyi məlumat yayıb. Bildirilib ki, ali dini lideirn dəftərxanası onun qızı, kürəkəni və nəvəsinin ölüm xəbərini agentliyə təsdiqləyib. Həmçinin qeyd olunub ki, Xameneinin gəlinlərindən biri də şənbə günü səhər saatlarında baş verən hücumda …

Read More »

İran İncirliyi və ABŞ gəmilərini hədəf aldı

İran Yaxın Şərqdəki ABŞ hərbi bazalarına zərbələrin əhatəsini genişləndirib. Boyukmillet.com xəbər verir ki, Tehranın Türkiyədə yerləşən İncirlik Hərbi bazasına, İordaniyanın paytaxtına da zərbələr endirib. Bundan əlavə, İranın ballistik raketlərlə ABŞ-a məxsus Avraam Linkoln təyyarədaşıyanını vurmağa çalışdığı qeyd edilir. İran Xarici İşlər Nazirliyi BMT-yə müraciət edərək İsrail-ABŞ hücumlarının dayandırılmasını, bütün dünyanın bu addımı pisləməsini tələb edib.

Read More »

İran BMT-ni ABŞ və İsrailin hərəkətləri ilə bağlı təcili tədbirlər görməyə çağırıb

İran Xarici İşlər Nazirliyi BMT-nin baş katibini və Təhlükəsizlik Şurasını ABŞ və İsrailin hərəkətləri ilə bağlı ən qısa zamanda tədbirlər görməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İran XİN-in bəyanatında deyilir. “Bu gün səhər, Novruz ərəfəsində və müqəddəs Ramazan ayının onuncu günündə İsrail İranın ərazi bütövlüyünü və milli suverenliyini kobud şəkildə pozaraq ölkəmizin müxtəlif şəhərlərində bir sıra hədəflərə, müdafiə …

Read More »