“Çinin təyyarədaşıyan gəmilərinin sayının artması Vaşinqtonu ciddi narahat edir. Çinin həmin gəmiləri Tayvan adasına yaxın sularda üzürlər”. Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, Çinin yeni təyyarədaşıyan “Fujian” gəmisinin istifadəyə verilməsi Pekinin gələcək planlarından xəbər verir: “Gəminin suya buraxılması mərasimində iştirak edən Çin lideri Si Cinpin hərbi dəniz qüvvələrinin gücləndirilməsi proqramına xüsusi diqqət ayırır. “Fujian” daşıyıcı əsaslı döyüş …
Read More »Mustafa Kamal Atatürkün vəfatından 87 il ötür
Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün vəfat etməsindən 87 il ötür. Boyukmillet.com xatırladır ki, 57 illik həyatında millətinin və vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandıran Atatürkün adı Türkiyə və dünya tarixinə qızıl hərflərlə yazılıb. Atatürk 1881-ci ildə Selanikdə anadan olub. Təhsil aldığı Selanik Hərbi Liseyində riyaziyyat müəllimi olan Mustafa Əfəndi Atatürkü sinifdəki digər Mustafadan …
Read More »Anna Akopyan İrəvanda və Bakıda həbsdə olan erməni liderlərin arvadlarına dəstək verdi
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan hazırda Azərbaycanda həbsdə olan Qarabağdakı separatçı qurumun keçmiş rəhbərlərinin xanımlarına dəstək mesajı göndərib. Boyukmillet.com xəbər verir ki, Akopyan sosial şəbəkədə yazdığı açıqlamada həmin ailələrin üzləşdiyi psixoloji yükə diqqət çəkib. Onun sözlərinə görə, ictimaiyyət və siyasi dairələr tərəfindən bu şəxslərin “qəhrəmanlaşdırılması” nəticəsində yaranan emosional yük ən çox məhz ailələrin üzərinə düşür. Akopyan xüsusilə …
Read More »Serj Sarqsyanın Ermənistandan çıxışı məhdudlaşdırılıb
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi cinayət işi çərçivəsində sabiq prezident Serj Sarqsyanın ölkədən çıxışını məhdudlaşdırıb. Boyukmillet.com-un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə onun vəkili Amram Makinyan sosial şəbəkələrdə məlumat yayıb. Ölkədən çıxmamaq barədə iltizam yeni ittiham əsasında qəbul edilib. A.Makinyan dəqiqləşdirib ki, ötən gün gecə saatlarında Korrupsiyaya Qarşı Mübarizə Komitəsi qəfildən Sarqsyanın yenidən çağırılmasının zəruri olduğunu bildirib. Bir …
Read More »Yanvaradək Rusiyanın 132 vaqon buğdası Azərbaycan ərazisindən Ermənistana çatdırılacaq
2026-cı ilin yanvar ayının sonuna qədər Azərbaycan və Gürcüstan ərazisindən dəmir yolu ilə Ermənistana Rusiyanın 132 vaqon buğdası çatdırılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın Nəqliyyat Nazirliyi teleqram kanalında məlumat yayıb. İlk yük – 1 000 tondan çox taxıl – Ulyanovsk vilayətindəki Dimitrovqrad stansiyasından göndərilib. Daşınma “Rusiya Dəmir Yolları” tərəfindən təşkil edilib. 15 vaqondan ibarət taxıldan ibarət qatar Azərbaycan …
Read More »Ərdoğan: Türkiyə ordusunun istifadəsinə daha 250 “Altay” tankını verməyi planlaşdırırıq
Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə daha 250 “Altay” tankının verilməsi nəzərdə tutulub. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib. Onun sözlərinə görə, yerli döyüş tankının ilk partiyası Türkiyə orsunun istifadəsinə verilib: “Biz növbəti altı il ərzində daha 250 “Altay” tankının Silahlı Qüvvələrin inventarına daxil etməyi hədəf kimi qarşımıza qoymuşuq”. Ərdoğan …
Read More »KİV: Türkiyə hələ ki Ermənistanla sərhədi açmağı planlaşdırmır
Ankara bildirib ki, Türkiyənin Ermənistanla sərhədlərinin açılması məsələsi münasibətlərin normallaşması prosesindən asılı olacaq. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin diplomatik mənbəsi məlumat yayıb. Mənbə qeyd edib ki, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması üzrə danışıqlar prosesi davam edir. “Hazırda söhbət konkret sərhədin açılmasından yox münasibətlərin normallaşmasından gedir. Bu məsələ (sərhədin açılması – red.) prosesin gedişatından asılı …
Read More »Ərdoğan islam dünyasını Kipr türklərinə daha çox dəstək olmağa çağırıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan islam dünyasını Şimali Kipr xalqına daha çox dəstək olmağa çağırıb. Boyukmillet.com xəbər verir ki, Türkiyə Prezidenti bu barədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin 41-ci Nazirlər Toplantısında danışıb. Onun sözlərinə görə, Kipr türkləri heç vaxt təzyiqlərə boyun əyməyib: “Kipr türkləri islam dünyasının ayrılmaz bir hissəsidir. Onlar ləyaqətlə yaşamaq mübarizəsindən vaz keçmədilər”. …
Read More »Fidan: PKK terror təşkilatı İraq və Suriyada da fəaliyyətini sonlandırmalıdır
PKK terror təşkilatı İraq və Suriyada da fəaliyyətini sonlandırmalı, işğal etdiyi ərazilərdən çəkilməlidir. Boyukmillet.com xəbər verir ki, bunu İraq Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynlə Bağdadda keçirdiyi ortaq mətbuat konfransında Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. “Bu, bölgənin sabitliyi və təhlükəsizliyi üçün, xarici müdaxilələrin qarşısının alınması üçün son dərəcə əhəmiyyətlidir”, – Fidan vurğulayıb. Qeyd edək ki, oktyabrın …
Read More »Türkiyədə dəyəri 62 milyon dollardan çox olan narkotik maddə ələ keçirilib
İrandan Türkiyəyə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb. Bildirilib ki, noyabrın 1-də Ağrı vilayətində yerləşən “Gürbulak” keçid məntəqəsində keçirilən əməliyyat nəticəsində 721 kiloqram maye matafetamin aşkarlanıb. Nazirliyin məlumatına görə, ələ keçirilən narkotik maddənin ümumi dəyəri 2 milyard 612 milyon türk lirəsidir (təxminən 62 milyon 185 min dollar). O da …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar