Cümə , 13 Fevral 2026

Region

Ermənistanda pasportlara daha Ağrı dağının təsviri olan möhür vurulmur

Noyabrın 1-dən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri pasportlara Ağrı dağı silsiləsinin təsviri olmayan çıxış və giriş möhürləri vurmağa başlayıb. Boyukmillet.com-un məlumatına görə, bununla bağlı Ermənistan mətbuatında video və fotolar dərc olunub. Möhürlərin üzərində təyyarə təsviri və ingilis dilində “Zvartnots” yazısı, İrəvan Beynəlxalq Hava Limanının adı, eləcə də həm erməni, həm də ingilis dilində “Armenia” yazılıb. Xatırladaq ki, müvafiq qərar Ermənistan …

Read More »

Ermənistan XİN başçısının həyat yoldaşı Azərbaycanla əlaqədar komissiyanın tərkibinə daxil edilib

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın həyat yoldaşı Qoar Abacyan Azərbaycanla kommunikasiyaların bərpası üzrə komissiyanın tərkibinə daxil edilib. Boyukmillet.com-un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. Məlumata görə, hökumət başçısı Azərbaycan və Ermənistan arasında nəqliyyat və iqtisadi kommunikasiyaların açılması üzrə komissiyanın yaradılması haqqında qərara dəyişikliklər edərək yenilənmiş tərkibi təsdiqləyib. Baş nazirin müavini Mqer …

Read More »

Paşinyan Bakı ilə sülh və “Tramp marşrutu”ndan DANIŞDI

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin ABŞ ilə “Tramp marşrutu” adlandırılan təşəbbüs çərçivəsində fəal şəkildə əməkdaşlıq apardığını bildirib. Boyukmillet.com -un xəbərinə görə, Paşinyan çıxışı zamanı regionda sülh prosesinə də toxunaraq qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh faktiki olaraq artıq mövcuddur. “Biz qəbul etməliyik ki, sülh bizim üçün yeni və fərqli bir anlayışdır. Ermənistan müstəqillik əldə etdiyi ilk gündən münaqişə şəraitində …

Read More »

Gürcüstandan SON DƏQİQƏ İrəvan QƏRARI

Gürcüstan 28–30 oktyabr tarixlərində İrəvanda keçiriləcək “Avronest” Parlament Assambleyasının 12-ci plenar sessiyasında iştirak etməyəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb. Gürcüstan parlamentinin Avrointeqrasiya komitəsinin sədri Levan Maxaşvili “Avronest” rəhbərliyinə ünvanladığı məktubda qərarın səbəblərini açıqlayıb. Onun sözlərinə görə, bəzi Avropa Parlamentinin üzvlərinin Gürcüstana qarşı “düşmənçilik ritorikası” nümayiş etdirməsi və Tiflisdə keçirilən etiraz aksiyalarına qoşulması “qarşılıqlı hörmət prinsiplərinə və …

Read More »

PKK Türkiyədən tamamilə çıxdığını ELAN ETDİ

PKK terror təşkilatı Türkiyə ilə “Sülh prosesi”nin ikinci mərhələsinin başladığını və bu çərçivədə bütün kürd silahlı dəstələrinin ölkə ərazisindən tam çıxarılacağını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, kürd mediası döyüşçülərin Türkiyədən geri çəkildiyini göstərən görüntülər yayıb. Türkiyə mediasının verdiyi məlumata görə, PKK-nın liderlərindən Sabri Ok bildirib ki, terror təşkilatı Türkiyədə fəaliyyətini tam dayandıracaq: “Bütün qüvvələrimizi Türkiyədən çıxarırıq”. Bəyannamədə həmçinin vurğulanıb ki, təşkilat 12-ci …

Read More »

Tramp İsraili HƏDƏLƏDİ – “Ərəb ölkələrinə söz vermişəm…”

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İsrailin İordan çayının qərb sahilini mümkün işğalına yol verməyəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə o, “Time” jurnalına müsahibəsində deyib. Tramp belə bir addımın baş verəcəyi təqdirdə ABŞ-ın yəhudi dövlətinə yardımını tamamilə dayandıracağını vurğulayıb. “Buna imkan verilməyəcək, çünki mən ərəb ölkələrinə söz vermişəm. Onlardan böyük dəstək aldıq və İsrail indi işğala gedə bilməz. Əgər …

Read More »

“Pskov–Sankt-Peterburq” dəmir yolu partladıldı

Rusiyada “Pskov–Sankt-Peterburq” dəmir yolunda partlayış baş verib. Boyukmillet.com xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsindəki mənbələr “Militarnyi” nəşrinə hadisənin 21 oktyabr gecəsi baş verdiyini bildiriblər. Məlumata görə, partlayış nəticəsində relslər zədələnib, yük qatarının bir hissəsi isə yanmağa başlayıb. “Partlayışdan sonra hadisə yerinə Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları cəlb olunub, ərazidə mobil internet bağlantısı kəsilib,” – deyə məlumatda qeyd olunur. …

Read More »

İran hərbi gəmiləri Bakı limanını tərk etdi -FOTO

“AZIREX-2025″ birgə axtarış-xilasetmə təlimində iştirak etmək üçün Azərbaycanda olan İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri və şəxsi heyəti oktyabrın 18-də Bakı limanını tərk edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Qeyd edək ki, İran Hərbi Dəniz Qüvvələrinin gəmiləri Azərbaycanda keçiriləcək “AZIREX-2025” birgə axtarış-xilasetmə təlimində iştirak etmək məqsədilə oktyabrın 15-də ölkəmizin ərazi sularına daxil olmuşdu.

Read More »

Ermənistanda “dini çevriliş”: Paşinyan keşişləri həbsə atır, Qərb kilsəni dəyişir  

Ermənistanda Nikol Paşinyan hökuməti ilə Ermənistan Apostol Kilsəsi arasında gərginlik yenidən alovlanıb. Analitik Akop Badalyanın yazdığına görə, 15 oktyabrda din xadimlərinin həbsi və Kilikya katolikosu I Aramın mövqeyi bu gərginliyi daha da artırıb. Paşinyanla arxiyepiskop Şaan Sarkisyan arasında baş tutan görüş ictimaiyyətdə birmənalı qarşılanmayıb. Hökumətin açıqlamasında kilsə ilə bağlı narahatlıqlara toxunulmasa da, Kilikya katolikosluğu sonradan Aram I-in etirazını çatdırdığını bəyan …

Read More »