Bazar , 19 Yanvar 2025

Region

Ermənistanın müdafiə nazirinin KTMT-nin iclasına qatılmamasının səbəbi açıqlanıb

“Ermənistanın müdafiə naziri Suren Papikyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasında iştirak etməməsi texniki səbəblərlə bağlıdır”. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu hakim Mülki Müqavilə Partiyasının katibi Artur Hovhannisyan deyib. Onun sözlərinə görə, məsələni siyasiləşdirməyə ehtiyac yoxdur: “Son günlər KTMT-Ermənistan münasibətləri barədə kifayət qədər təfərrüatlı danışırıq. Amma nazirin iclasda iştirak etməməsi siyasi yox, texniki xarakter daşıyır”. Qeyd edək ki, …

Read More »

Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha təsdiqləyib

Azərbaycanla Ermənistan arasında növbəti addım sərhədin çəkiləcəyi xəritələri müəyyən etmək olmalıdır. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 24-də parlamentin iclasında deyib. O bildirib ki, bunun üçün 1975-ci il xəritələri əsas götürülməlidir. Hökumət başçısı 86,6 min kvadrat kilometr sərhədlər daxilində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha təsdiqləyib.

Read More »

Rusiya XİN Paşinyanın KTMT ilə bağlı iddialarına cavab verib

“Hər bir ölkənin KTMT-nin fəaliyyətini qiymətləndirmək hüququ və imkanı var”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici işlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib. “Biz bu təşkilatın fəaliyyətini səmərəli hesab edirik”, – o bildirib. Qeyd edək ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin fəaliyyətindən narazılığını ifadə etmişdi.

Read More »

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 12 terrorçu saxlanılıb

Türkiyənin təhlükəsizlik qüvvələrinin ölkənin İstanbul, Konya və Antakya şəhərlərində həyata keçirdiyi əməliyyatlar nəticəsində terrorçuluqda şübhəli bilinən 12 nəfər saxlanılıb. Boyukmillet.com “Milliyet”ə istinadən xəbər verir ki, İstanbul Şəhər Polis İdarəsinin terrorla mübarizə şöbəsi İŞİD terror təşkilatı ilə əlaqəsi olan şəxslərin ələ keçirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirməyə başlayıb. Saxlanılan şəxslərdən Bülent Özbuğdayın terror qruplaşması üçün fəaliyyət göstərən “Təqva” qrupu yaratdığı, üzvlərinin …

Read More »

Britaniyalı nazir Nikol Paşinyanla regiondakı durumu müzakirə edib

Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti Ermənistan baş naziri Nikol Paşinyanla görüşüb. Boyukmillet.com xəbər verir ki, bunu nazir tviterdə yazıb. Tərəflər regiondakı durumu və ikitərəfli əlaqələri müzakirə ediblər. Qeyd edək ki, L.Dokerti Ermənistanda səfərdədir. The UK supports Armenia’s commitment to democracy and sustainable economic development. @NikolPashinyan and I discussed his government’s progress on their reform agenda and the international negotiation …

Read More »

Türkiyə “Tayfun” raketinin ikinci sınağını keçirib

Türkiyə “Tayfun” qısamənzilli raketinin ikinci sınağını keçirib. Boyukmillet.com xəbər verir ki, proses Rizə-Artvin hava limanı ərazisində baş tutub. Məlumata görə, sınaq uğurla həyata keçib. Bildirilib ki, belə test uçuşları adətən Sinopda həyata keçirilir. Hazırkı sınağın Rizədə baş tutması isə təsadüfi deyil. Çünki uçuşun Sinopda həyata keçirilməsi Türkiyənin Ukrayna və Rusiyanın hava sərhədlərini pozması deməkdir. Qeyd edək ki, “Tayfun”un ilk sınaq …

Read More »

Dünyada ilk dəfə Ukraynaya “F-16” qırıcılarını Niderland verəcək

Dünyada ilk dəfə olaraq Ukraynaya “F-16” qırıcıları Niderland krallığı tərəfindən tədarük ediləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müşaviri Yuri Sak bildirib. Onun sözlərinə görə, Niderlandın artıq istifadə etmədiyi 18 “F-16”sı mövcuddur: “Həmin qırıcılar Ukraynaya tədarük edilə bilər. Əvvəlcə, onların özəl şirkətlərə verilməsi planlaşdırılırdı, ancaq bu proses təxirə salınıb”. Məlumata görə, Avropa İttifaqının yüksək rütbəli rəsmiləri Ukrayna …

Read More »

Türkiyə Prezidenti seçkilərinin ikinci turunun səsverməsi Azərbaycanda başa çatıb

Türkiyənin Bakıdakı səfirliyi ilə Naxçıvan və Gəncədəki baş konsulluqlarda Prezident seçkilərinin ikinci turu üçün 3 gün davam edən səsvermə prosesi saat 22:00-da başa çatdıqdan sonra qutular bağlanıb. Boyukmillet.com “TRT”yə istinadən xəbər verir ki, verilmiş səslərin olduğu seçki bülletenləri və zərflər seçki qutularına qoyulub və seçki qutusu komissiyalarının üzvlərinin və onların müşahidəçilərinin nəzarəti altında möhürlənib. Səsvermə torbaları da diplomatik çantalara qoyularaq …

Read More »

Sinan Oğan qərarını açıqlayıb: ikinci turda Ərdoğanı dəstəkləyəcək

“Ata” siyasi blokundan prezidentliyə keçmiş namizəd Sinan Oğan prezident seçkilərinin ikinci turunda kimi dəstəkləyəcəyini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, o, “Cümhur İttifaqı”ndan prezidentliyə namizəd, hakim AK Parti (Ədalət və İnkişaf Partiyası), hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bildirib. Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. …

Read More »

Paşinyandan etiraf: “Ağrı dağı Türkiyənin beynəlxalq səviyyədə tanınmış ərazisindədir”

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində ən hündür dağın Ararat (Ağrı dağı) deyil, Araqats olduğunu söyləyib. Boyukmillet.com “Novosti Armenia”ya istinadən xəbər verir ki, bu barədə Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında bildirib. “Ararat və Araqatsdan söz düşmüşkən, mən Ermənistanın suveren ərazisi olan və ya olmayan ərazilərdən danışıram. Araqat Ermənistanda, Ağrı dağı isə Türkiyədədir. Türkiyə ilə bizim dəqiq müəyyən edilmiş sərhədimiz var. …

Read More »