“Bir millət olaraq Azərbaycanın hüquqlarını müdafiə etmək boynumuzun borcudur”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin keçmiş xarici işlər naziri, bu ölkə parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu “X” sosial şəbəkəsindəki hesabında yazıb. “Can Azərbaycana canımız fəda”, – Çavuşoğlu qeyd edib. Xatırladaq ki, Çavuşoğlu daha əvvəl Avropa Şurası Parlament Asssambleyasının (AŞPA) Azərbaycana qarşı qərarını qeyri-obyektiv və qeyri-konstruktiv adlandırıb. “Mən çox …
Read More »Ərdoğan İstanbulda kilsədə hücumu törədənlərin 24 saat ərzində tutulacağını əmin edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda katolik kilsəsində iki silahlının bir nəfəri güllələyərək öldürdüyü hadisəni kəskin şəkildə pisləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Prezident hücumu törədənlərin 24 saat ərzində tutulacağını əmin edib. “Cinayətkarların tutulması üçün lazımi tədbirlər görülür. Ümid edirik ki, hücumu törədənləri 24 saat ərzində tapıb saxlayacağıq”, – Ərdoğan bildirib. Qeyd edək ki, silahlı hücum …
Read More »Gürcüstanda erməni diasporunun aksiyası baş tutmayıb
Gürcüstandakı erməni diasporunun Qarabağda özünü buraxmış qondarma quruma dəstək aksiyası baş tutmayıb. Bu barədə “Report”un yerli bürosu xəbər verir. Təşkilatçıların Avropa İttifaqının Tbilisidəki nümayəndəliyinin qarşısında aksiya çağırışına yerli erməni icması reaksiya verməyib. Nəticədə nümayəndəliyin qarşısına yalnız təşkilatçılar toplanıblar. 10-15 nəfərlik aksiyaçı separatçı şüarlar səsləndirdikdən sonra ərazini tərk edib. Aksiya zamanı hər hansı insident qeydə alınmayıb.
Read More »Ermənistanın keçmiş prezidenti ölkə ordusunu yaralı adlandırıb
Ermənistan keçmiş prezidenti Robert Köçəryan ölkə ordusunu yaralı adlandırıb. Bu barədə Boyukmillet.com yerli mətbuata istinadən xəbər verir. “Ümid edirəm ki, Ermənistan ordusu kürəyini sağaldacaq”, – sabiq prezident deyib. Xatırladaq ki, Ermənistan ikinci Qarabağ müharibəsində Azərbaycana rüsvayçı şəkildə məğlub olub.
Read More »Türkiyədə maskalı şəxslər kilsəyə silahlı hücum edib, ölən var
Türkiyənin İstanbul şəhərində italyan kilsəsi “Santa Maria”ya silahlı hücum olub. Bu barədə Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir. Hadisə yerinə çoxlu sayda polis və təcili yardım əməkdaşları cəlb edilib. İlkin məlumata görə, hücum zamanı 1 nəfər ölüb. Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”dəki hesabında məlumatı təsdiqləyib. Nazir bildirib ki, hücum 2 maskalı şəxs tərəfindən həyata keçirilib. O, hadisə ilə bağlı …
Read More »Türkiyədə 150 nəfərin işlədiyi zavodda yanğın başlayıb
Türkiyənin Mersin şəhərinin Tarsus rayonundakı qablaşdırma zavodlarından birində yanğın başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilib ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunub. Məlumata görə, zavodda 150 nəfər işləyir. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir. Hadisənin səbəbi məlum deyil.
Read More »Türkiyə-İraq sərhədində PKK-nın üç terrorçusu öldürülüb
Türkiyə-İraq sərhədində PKK-nın üç terrorçusu öldürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraqın şimalındakı Qara bölgəsində PKK-nın üç terrorçusu öldürülüb. “Terror yuvalarını dağıtmağa davam edirik. İraqın şimalındakı Qara bölgəsində PKK-nın üç terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən öldürülüb. Terrorla və terrorçularla mübarizəmiz əzmlə, artan templə davam edəcək”.
Read More »Zaxarova: “Moskva Ermənistana Bakı ilə sülhü müzakirə etmək üçün dəvət göndərib”
Bir neçə gün əvvəl Moskva Ermənistan xarici işlər nazirinə Bakı ilə sülh müqaviləsini müzakirə etmək üçün Rusiyaya səfər dəvəti göndərib. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. “Keçən ilin sentyabrından başlayaraq dəfələrlə Ararat Mirzoyana sülh müqaviləsi məsələləri üzrə Moskvada məsləhətləşmələr üçün dəvət göndərilib. İrəvana sonuncu siqnal bir neçə gün əvvəl göndərilib”, – …
Read More »Türkiyə rəsmi olaraq İsveçin NATO-ya üzvlüyünü təsdiq edib
Türkiyə rəsmi olaraq İsveçin NATO-ya üzvlüyünü təsdiq edib. Boyukmillet.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdən sonra sənədi ratifikasiya edib. Müvafiq qanunun mətni rəsmi hökumət nəşri “Resmi Gazete”də dərc olunub. Bundan əvvəl yanvarın 24-də Türkiyə Böyük Millət Məclisi İsveçin NATO-ya üzv olmaq barədə müraciətinə baxıb. Gündəliyə daxil edilən məsələnin təsdiqi üçün səsvermədə iştirak edən deputatların səs çoxluğu kifayət edib. …
Read More »KİV: Ağ ev Konqresdən F-16-ların Türkiyəyə satışına icazə verməsini istəyib
Vaşinqton administrasiyası ABŞ Konqresindən Türkiyəyə F-16 qırıcıları və modernizasiya dəstlərinin satışına ümumilikdə 20 milyard dollara razılıq verilməsini istəyib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” yazıb. Onun mənbələrinə görə, bu barədə ABŞ rəhbərliyinin qanunvericilərə göndərdiyi məktubda deyilir. Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel çərşənbə günü bildirib ki, Vaşinqton Ankaraya F-16-ları tədarük etməyə hazır olduğuna zəmanət vermir. O vurğulayıb …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar