Bazar , 19 Yanvar 2025

Region

Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgərə 11,5 il həbs cəzası verilib

Ermənistan məhkəməsi əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azaraq Ermənistan tərəfə keçən və orada əsir saxlanılan Azərbaycan hərbçisi Aqşin Bəbirovu 11,5 il müddətinə azadlıqdan məhrum edib. Boyukmillet.com xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb. A.Bəbirov “sərhədi qanunsuz keçmək, silah və sursat daşımaqda” ittiham olunub. Məlumata görə, Ermənistanda əsir saxlanılan digər azərbaycanlı əsgər Hüseyn Axundovun “cinayət işi üzrə istintaq” davam edir. …

Read More »

Mövlud Çavuşoğlu: “Ermənistan səmimi olmadığına görə Cənubi Qafqazda vəziyyət hələ də gərgindir”

“Cənubi Qafqazda vəziyyət kövrəkdir. Ermənistan səmimi olmadığına görə durum hələ də gərgindir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib. O bildirib ki, indi dünyada beynəlxalq sistemsizlik hökm sürür: “Biz əvvəllər beynəlxalq sistemlərdən danışırdıq. İndi isə sistemsizlikləri müzakirə edirik. Avropanın mərkəzində müharibə gedir. Halbuki BMT-nin, Avropa İttifaqının yaradılmasının məqsədi toqquşmaların qarşısını almaq idi”. …

Read More »

Ukrayna hərbçiləri ötən gecə İran istehsallı 35 dron məhv ediblər

Ötən gecə Ukraynaya hücum edən İran istehsallı 35 dron məhv edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının xülasəsində bildirilib. “Mayın 8-də gecə düşmən yenidən Ukrayna ərazisinə İranın “Şahid” zərbə PUA-larını tətbiq edərək hücum edib. 35 drondan 35-i müdafiəçilərimiz tərəfindən məhv edilib”, – məlumatda qeyd olunub.

Read More »

Türkiyəli nazir hökumətin əsas vəzifəsini açıqlayıb

“Bizim əsas vəzifəmiz zəlzələnin nəticələrinin aradan qaldırılmasıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank “Kanal 7” yə müsahibəsində deyib. O bildirib ki, şəhər və rayonların yenidənqurulması istiqamətində işlər davam etdirilir: “Əlbəttə ki, şəhərləri bərpa etmək istəyiriksə, həmin ərazilərdə iqtisadiyyatı da canlandırmalıyıq. Bu istiqamətdə də lazımi işlər görürük”. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık …

Read More »

Paşinyan: “Ermənistan işğal edilmiş kəndləri Azərbaycana qaytarmağa hazırdır”

Ermənistan işğal edilmiş kəndləri qarşılıqlı şəkildə Azərbaycana qaytarmağa hazırdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Azatutyun”a (“Azadlıq Radiosu”) müsahibəsində bildirib. “1975-ci ilin xəritələrinə görə sərhəd xəttini bütün uzunluğu boyunca tanımağa hazır olduğumuzu deyirik”, – hökumət başçısı əlavə edib.

Read More »

Türkiyənin müdafiə naziri: “Zəngəzur dəhlizinin açılması heç bir ölkə üçün təhlükə yaratmır”

“Zəngəzur dəhlizinin açılması heç bir ölkə üçün təhlük yaratmır. Əksinə, bu, regional əməkdaşlığa, sabitliyə və inkişafa təkan verəcək”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar “TRT World”da dərc olunan “Qafqaz regionu: sülh və sabitlik üçün unikal imkan” sərlövhəli məqaləsində yazıb. O xatırladıb ki, rəsmi İrəvan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli sənədə əsasən kommunikasiya …

Read More »

Lavrov Ukraynanı hədələyib: “Kremlə hücuma görə konkret addımlarla cavab verəcəyik”

“Rusiya Ukraynaya konkret addımlarla cavab verəcək”. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çində Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Kremlə hücuma sadəcə danışmaqla cavab vermək kifayət deyil: “Ukrayna Prezidenti Volodimir Zelenski özünə hörmət edən ölkələrin Kiyevlə əlaqəsini kəsmək üçün əlindən gələni edir. Əlbəttə, …

Read More »

Türkiyədə terrorçulara qarşı əməliyyat keçirilib, İŞİD-in 96 üzvü saxlanılıb

Türkiyənin təhlükəsizlik qüvvələri Diyarbəkir şəhərinin 23 rayonunda əməliyyat keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sabah” məlumat yayıb. Əməliyyat nəticəsində İŞİD terror təşkilatının 74 üzvü şübhəli qismində saxlanılıb. Türkiyənin daxili işlər Süleyman Soylu isə bildirib ki, eyni vaxtda Ankarada keçirilən əməliyyat nəticəsində İŞİD-in daha 22 üzvü saxlanılıb.

Read More »

Türkiyədə itkin düşdüyü ehtimal edilən qadın idmançılar tapılıblar

Türkiyənin raftinq (avarçəkmə) çempionatına hazırlaşmaq üçün Düzce vilayətinin Cumayeri rayonuna gələn və məşqin uzadılmasından sonra itkin düşdüyü güman edilən 4 qadın idmançı tapılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir. Məlumata görə, Cumayeri mahalının Melen çayında bu gün keçiriləcək raftinq üzrə milli çempionata hazırlaşan 4 qadın milli idmançılardan hər hansı xəbərin olmaması narahatlıq yaradıb. Komandanın 4 qadın …

Read More »

Paşinyan: “Ermənistanda narkotiklərin dövriyyəsi o qədər ciddiləşib ki, bununla TŞ məşğul olur”

“Ermənistanda narkotiklərin qanunsuz dövriyyəsi problemi o qədər ciddiləşib ki, hazırda bununla Respublikanın Təhlükəsizlik Şurası məşğul olur”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. “Ermənistanda narkotik vasitələrin ticarəti durmadan artır, bunu narkotik kuryerlərinin saxlanılması hallarının artması da sübut edir”, – Paşinyan əlavə edib. Baş nazirin sözlərinə görə, müvafiq tapşırıqlar verilib. “Biz bununla mübarizənin daha effektiv üsullarını tətbiq edəcəyik”, …

Read More »