Türkiyədə içərisində 80 nəfərin olduğu bərə Egey dənizində sahilə çırpılıb. Boyukmillet.com bu barədə “TRT Haber” telekanalına istinadən xəbər verir. Hadisəyə səbəb gəmi kapitanının halının pisləşməsi və huşunu itirməsi olub. Qəza nəticəsində xəsarət alanların olmadığı bildirilir. Sərnişinlər başqa gəmiyə köçürülüb, kapitana tibbi yardım göstərilib. Qeyd edək ki, bərə axşam saatlarında İzmirin Konak və Bostancı bölgələri arasında fəaliyyət göstərib.
Read More »Ukraynada müharibədə həlak olan və itkin düşən azərbaycanlıların sayı məlum olub
Ukraynada genişmiqyaslı müharibənin ilk günündən indiyə qədər həlak olan və itkin düşən azərbaycanlıların növbəti qeyri-rəsmi statistikası məlum olub. Boyukmillet.com xəbər verir ki, indiyədək Ukrayna Silahlı Qüvvələrinin milliyyətcə azərbaycanlı olan 38 hərbçisi həlak olub. Müharibə başladığı andan bu günə qədər isə ümumilikdə 135-ə yaxın azərbaycanlı həlak olub, 100-ə yaxın şəxs yaralanıb, 70-ə yaxını isə itkin düşüb. Onların əksəriyyəti uzun müddətdir Ukraynada …
Read More »Macəra yolu: Şəqr Ekspresi – FOTO
Dünyanın ən məşhur qatar xidmətlərindən biri yeni mövsümə hazırdır. Türkiyənin mərkəzindən şərqinə unudulmaz səyahət təklif edən dünyanın ən yaxşı dəmir yolu marşrutlarından biri olan Türkiyənin Şərq Ekspresi sərnişinlərini qarşılamağa hazırdır. Boyukmillet.com xəbər verir ki, Türkiyəni ziyarət edən, macəra axtaran hər bir şəxsin yaşamalı olduğu bir marşrut olaraq, Şərq Ekspresi 2023-2024 periodunun ilk xidmətini bu yaxınlarda tamamladı. Təxminən 1310 km uzunluğunda …
Read More »Rusiya Ukrayna ərazisinə raket hücumu edib
Rusiya Ukrayna ərazisinə raket hücumu edib. Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Hava Donanması məlumat yayıb. Bildirilib ki, Rusiya Murmansk vilayətinin “Olenya” hərbi aerodromundan qaldırılan 9 “Tu-95MS” və 4 “Tu-22M3” Ukraynanı bombalayıb. Məlumata görə, Ukrayna səmasında Rusiyanın 11 “Tu-95MS” strateji bombardmançısı uçur. İnformasiyaya əsasən, Rusiyanın Xəzər dənizindəki bazasından Ukraynanın paytaxtı Kiyevə “Kinjal” qanadlı raketi atılıb. …
Read More »Ermənistanda polislərin 40%-i IQ testdən keçə bilməyib
Ermənistanda polis əməkdaşlarının təxminən 40%-i ümumi bölmə test mərhələsindən keçə bilməyib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sputnik-Ermənistan”a ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 2023-cü ilin dekabr ayının sonuna olan məlumata görə, attestasiyada 1 123 polis əməkdaşı iştirak edib, onlardan yalnız 190-ı bütün mərhələlərdən keçib. Attestasiya 4 mərhələdən ibarətdir: Ümumi biliyin elektron testi (polis özü bunu “IQ test” …
Read More »ABŞ institutu: “Rusiya xaricdən daha çox ballistik raket alacaq”
Rusiya xaricdən daha çox ballistik raket alacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb. Bildirilib ki, rəsmi Moskva bunun üçün səylərini gücləndirə bilər: “Çünki bu raketlər Ukraynadakı hədəfləri daha effektiv vurur. Rusiya qüvvələri Ukraynanın cəbhə xəttinə daha yaxın şəhərlərinə zərbələr endirmək üçün müntəzəm olaraq qısa mənzilli ballistik raketlərdən istifadə edir və onlar effektiv formada Ukraynanın …
Read More »Türkiyə XİN İranda baş verən terror aktını pisləyib
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İranın Kirman şəhərində baş verən terror aktını pisləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin yaydığı açıqlamada qeyd olunub. “İranın Kirman şəhərində törədilən terror aktı nəticəsində çoxlu sayda ölən və yaralananların olduğunu təəssüflə öyrəndik. Bu dəhşətli terror aktını qətiyyətlə pisləyir, dost və qardaş İran xalqına və hökumətinə başsağlığı veririk. Həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə …
Read More »Hatayda yollar, evlər və iş yerləri su altında qalıb
Türkiyənin Hatay vilayətinin İskəndərun rayonunda leysan gündəlik həyatı iflic edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Trt Haber” məlumat yayıb. Qeyd edilib ki, güclü yağış səbəbindən yolları, bəzi evləri və iş yerlərini su basıb. Bələdiyyə işçiləri su toplanmasının baş verdiyi ərazilərdə təxliyə işlərinə başlayıb. Leysan yağışlar rayonun bəzi yerlərində davam edir.
Read More »Türkiyə MN: “Azərbaycan da daxil dost və müttəfiq ölkələrin haqlı davalarına dəstək verməyə davam edirik”
Türkiyə Milli Müdafiə Nazirliyinin (MMN) mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri kont-admiral Zeki Aktürk Türkiyənin Azərbaycan da daxil olmaqla dost və müttəfiq ölkələrin haqlı davalarına dəstək verməyə davam etdiyini bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə MMN rəsmisi həftəlik keçirlən mətbuat konfransında deyib. “Türk Silahlı Qüvvələrimiz Kipr, Azərbaycan, Liviya, Kosovo, Bosniya və Herseqovina, Qətər, Somali və bir çox başqa bölgələrdə uğurla …
Read More »Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi: “Minalar və dağıntılar Qarabağda əvvəlki həyata qayıtmaq üçün əsas maneədir”
Azərbaycanın Qarabağ regionunda Ermənistanın işğalı illərində yerləşdirilən mina və törədilən dağıntılar keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramının tam şəkildə həyata keçirilməsinə maneə yaradır. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Estoniyanın ERR yayım şirkətinə müsahibəsində deyib. Onun sözlərinə görə, sözügedən dövlət proqramının icrasına başlamazdan əvvəl Qarabağdan qovulmuş sakinlər arasında sorğu keçirilib …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar