Ermənistanda Vazgen Sarkisyan adına Hərbi Universitetin yaxınlığında müdafiə nazirliyinin zabitləri ilə mülki şəxslər arasında baş verən bıçaqlanma nəticəsində zabit ölüb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Hraparak” yayıb. Bildirilib ki, borcun qaytarılması tələbi ilə bağlı tərəflər arasında mübahisə düşüb. Qarşıdurmada 5-i hərbçi olmaqla, 8 nəfər iştirak edib. Söhbət zamanı borclu olan mülki şəxs hərbçilərin ünvanına təhqiramiz ifadələr işlədib. Bundan sonra o, …
Read More »Rusiya XİN: Moskva Bakı və İrəvan arasında sülh sazişinin hazırlanmasına kömək etməyə hazırdır
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Bakı və İrəvanın münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması ilə bağlı qarşılıqlı təşəbbüsünü alqışlayır. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə “News.ru”nun sualını cavablandırarkən deyib. “Ermənistan-Azərbaycan sülh sazişinin imzalanması müddətinə gəlincə, hər zaman dediyimiz kimi, bunları tərəflər özləri müəyyən etməlidir. Biz də öz növbəmizdə balanslaşdırılmış sazişin hazırlanmasında …
Read More »Türkiyə kəşfiyyatı PKK terror qruplaşmasının rəhbərlərindən birini məhv edib
Türkiyənin Milli Kəşfiyyat İdarəsi (Milli İstihbarat Təşkilatı) PKK terror qruplaşmasının cəbhəxanasının məsul şəxsini zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, məlumatı “TRTHaber” yayıb. Bildirilib ki, Türkiyə kəşfiyyatının İraqın şimalında yerləşən Duhok kəndində keçirdiyi əməliyyat nəticəsində “Ruken Zilan” kod adlı Zeynəb Sevim məhv edilib. Məlumata görə, o, 2014-cü ildə qruplaşamaya qoşulub. 2016-cı ildə İraqın şimalında Metina, 2017-ci ildə Gara, 2019-cu ildə Avaşində Türkiyənin təhlükəsizlik …
Read More »İrəvanda balıqçılar aksiya keçirirlər
Ermənistanın Ararat rayonundan olan balıqçılıq təsərrüfatlarının nümayəndələri İrəvanın mərkəzində aksiya keçirirlər. Boyukmillet.com xəbər verir ki, onlar Ekologiya Nazirliyindən Su Məcəlləsinə dəyişiklikliyin təxirə salınmasını tələb edirlər. Etirazçıların sözlərinə görə, onlara yeraltı quyuların suyundan istifadə qaydasını hazırlamaq üçün işçi qrupuna daxil ediləcəkləri barədə söz verilmişdi: “Amma 15 gün keçdi və heç kim bizimlə əlaqə saxlamadı. Üstəlik, nazir nümayəndəmizi qəbul etməkdən imtina edib”.
Read More »Göyərtəsində radioaktiv maddələr olan təyyarə Moskva aeroportuna təcili eniş edib
Göyərtəsində 19 kq radioaktiv maddə olan Xantı-Mansiysk-Moskva reysi qəza siqnalı göndərdikdən sonra paytaxtın Vnukovo aeroportuna təcili eniş edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “SHOT” teleqram kanalı məlumat yayıb. Məlumata görə, göyərtəsində 104 sərnişinin də olduğu “Utair” aviaşirkətinin təyyarəsi saat 01:00 radələrində eniş şassisinin nasazlığı barədə qəza siqnalı verib: “Təyyarədə təhlükəli yüklər kateqoriyasına aid olan, lakin Rusiya Federasiyası Nəqliyyat Nazirliyi …
Read More »Kiyevdə silsilə partlayışlar olub, 4 nəfər yaralanıb
Bu gün, dekabrın 11-də səhər saatlarında Ukraynanın paytaxtı Kiyevdə silsilə partlayışlar baş verib. Sitat.info xəbər verir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko bildirib. Onun sözlərinə görə, partlayışlardan sonra şəhərdə hava hücumu xəbərdarlığı işə salınıb. Şəhərin Darnistski rayonundakı dağıntılar nəticəsində 1-i uşaq olmaqla 4 nəfər yaralanıb. Ölənlərin olduğu istisna edilmir.
Read More »Türkiyə Prezidenti daha ciddi siyasi kataklizmlərlə bağlı xəbərdarlıq edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha ciddi siyasi kataklizmlərlə bağlı xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə “TRT World Forum 2023 – Birgə inkişaf: Məsuliyyətlər, Fəaliyyətlər və Həll Yolları” konfransında danışıb. “Baş verən proseslər “Dünya beşdən böyükdür” prinsipimizin nə qədər doğru olduğunu bir daha göstərir”, – dövlət başçısı söyləyib. R.T.Ərdoğan bildirib ki, beynəlxalq təşkilatlar dünyadakı problemlərin qarşısını ala …
Read More »Putin prezidentliyə namizədliyini açıqlayıb
Vladimir Putin Rusiyada keçiriləcək prezident seçkilərində yenidən namizəd olacağını açıqlayıb. Boyukmillet.com “Kommersant”a istinadən xəbər verir ki, Prezident bunu dekabrın 8-də Kremlin Müqəddəs Georgi zalında Ukraynada müharibə iştirakçılarına “Qızıl Ulduz” ordenlərini təqdimetmə mərasimində bildirib. Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 17-də keçiriləcək. Vladimir Putin qalib gəlsə, beşinci dəfə dövlət başçısı olacaq.
Read More »Ərdoğan: “Fransa Ermənistanı aldadır, İrəvan təxribatlara getməməlidir”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın Ermənistanı aldatdığını deyərək rəsmi İrəvanı təxribatlara getməməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı Yunanıstandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında rəsmi Parisin Ermənistanı təhrik etdiyini deyib: “Fransa daha əvvəl də Ermənistana dəfələrlə dəstək verib. Amma heç bir nəticəsi olmayıb. Hətta Fransa ATƏT-in keçmiş Minsk Qrupunun həmsədri kimi də nəyəsə nail ola bilməyib. İndi isə yenidən …
Read More »Türkiyə sərhədçiləri 143 kiloqram narkotik ələ keçiriblər
Türkiyə sərhədçiləri Van bölgəsində sərhəddə 143 kiloqram narkotik ələ keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, sərhədçilər Vanda sərhəddə həyata keçirdikləri kəşfiyyat və axtarış tədbirləri nəticəsində 143 kiloqram narkotiki ələ keçiriblər.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
