Türkiyə təhlükəsizlik qüvvələrinin xüsusi təyinatlı qüvvələrinin şəxsi heyəti bu ölkənin Azərbaycandakı səfirliyində olublar. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı tviter səhifəsində yazıb. Diplomat şəxsi heyətin fəaliyyəti barədə məlumat aldığını, müzakirələr aparıldığını bildirib: “Allah onları qorusun, güclərini artırsın”.
Read More »Albaniya Baş nazirinin Azərbaycana səfəri başa çatıb
Albaniyanın Baş naziri Edi Ramanın Azərbaycan Respublikasına işgüzar səfəri dekabrın 8-də başa çatıb. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Baş nazir Edi Ramanı Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.
Read More »Armen Qriqoryan: “Ermənistan sülh müqaviləsi layihəsinin redaktə edilmiş mətnini tezliklə Azərbaycana təqdim edəcək”
“Ermənistan ilin sonuna qədər sülh müqaviləsinin bağlanması üçün hər cür səy göstərəcək”. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 8-də keçirdiyi brifinqdə deyib. O bildirib ki, rəsmi İrəvan sülh müqaviləsi layihəsinin Ermənistan tərəfinin əlavə və şərhləri ilə redaktə edilmiş mətnini tezliklə Azərbaycana təqdim edəcək.
Read More »Azərbaycan Baş prokuroru erməni həmkarı ilə görüşdə Ermənistanın minalanmanı davam etdirməsi məsələsini qaldırıb
“Ermənistan tərəfindən ərazilərimizin minalanma prosesini davam etdirməsi yolverilməzdir”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının üçtərəfli görüşündə deyib. O, mina xəritələrinin verilməsinin insanların həyat və sağlamlığının qorunmasında əhəmiyyətini qeyd edib. Baş prokuror Qarabağa qanunsuz səfərlərin təşkilini və ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarının yolverilməzliyini diqqətə çatdırıb. O, Birinci və …
Read More »Baş prokuror: “Azərbaycan tərəfindən üçtərəfli bəyanatlara tam şəkildə riayət olunur”
“Azərbaycan tərəfindən 10 noyabr 2020-ci il tarixli 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlara tam şəkildə riayət olunur”. Boyukmillet.com -un xəbərinə görə, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının üçtərəfli görüşündə deyib. Görüş çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış bəyanatların icrası və hüquqi sahədə gələcək …
Read More »Mirzoyan: “Sülh müqaviləsi ilin sonuna qədər imzalanmayacaq”
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “hökumət saatı” zamanı bildirib ki, Azərbaycanla sülh sazişinin yekun variantının 2022-ci ilin sonuna qədər imzalanacağına əmin deyil. Boyukmillet.com xəbər verir ki, o, danışıqların aktiv mərhələdə olduğunu deyib. Nazir əlavə edib ki, İrəvan Azərbaycanın təşəbbüslərinə cavab olaraq yeni təkliflərlə çıxış edəcək. “Sülh sazişi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə danışıqlar fəal mərhələdədir. Sənəd var, hər dəfə yeni redaktədə …
Read More »Albaniyanın Baş naziri Azərbaycana işgüzar səfərə gəlib
Albaniyanın Baş naziri Edi Rama dekabrın 7-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdür. Baş nazir Edi Ramanı Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar
Read More »Azərbaycan və Dağıstan Şimal-Cənub dəhlizi üzrə əməkdaşlığı müzakirə edib
Azərbaycan və Dağıstan arasında Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində və hava nəqliyyatı sahəsində əməkdaşlıq müzakirə olunub. Boyukmillet.com Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovla görüşdə aparılıb. Görüş zamanı həmçinin logistik mərkəzlərin yaradılması və bu sahədə Azərbaycan təcrübəsinin öyrənilməsi məsələləri müzakirə olunub. Eyni …
Read More »Türkiyənin töhfələri ilə Azərbaycanda “Milli Tibbi Xilasetmə Qrupu” yaradılacaq – FOTO
Azərbaycanda Milli Tibbi Xilasetmə Qrupuna (UMKE) oxşar strukturun yaradılması məqsədilə azərbaycanlı səhiyyə işçilərinətürkiyəli mütəxəssislər tərəfindən təlim verilməyə başlanılıb. Boyukmillet.com xəbər verir ki, 2021-ci il fevralın 9-da imzalanmış “Türkiyə-Azərbaycan İqtisadi Komissiyasının 9-cu İclası Protokoluna uyğun olaraq işləri davam edən Fəaliyyət Planının “Türkiyə Milli Tibbi Xilasetmə Qrupu ilə Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlığa başlanılması” maddəsinə uyğun olaraq 72 azərbaycanlı səhiyyə işçisinə təlim keçilir. Təlimlər …
Read More »Prezident İlham Əliyev Dağıstanın rəhbərini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovu qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar