Azərbaycan və İran rəsmilərinin görüşü zamanı Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsindən narahatlıq ifadə olunub, çayın ətraf mühitinin mühafizəsi üçün birgə səylərin zəruriliyi diqqətə çatdırılıb. Boyukmillet.com-un xəbərinə görə, məsələ oktyabrın 20-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının vitse-prezidenti, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Əli Səlaceqe ilə görüşdə müzakirə edilib. Görüşdə cari ildə diplomatik əlaqələrin qurulmasının …
Read More »Azərbaycan XİN-ə yeni sözçü təyin olunub
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) əmri ilə Ayxan Elxan oğlu Hacızadə XİN-in Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.Bu barədə “Report”a XİN-in Mətbuat xidməti idarəsindən bildirilib.Ayxan Hacızadə 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillələrini bitirib. ABŞ-ın Milli Müdafiə Universitetinin Strateji Təhlükəsizlik Elmləri üzrə magistr dərəcəsinə malikdir. Xarici ölkələrdə bir sıra …
Read More »Azərbaycan nümayəndəsi: “Ermənistan BMT-nin tələblərinə məhəl qoymur”
“BMT-nin tələblərinə baxmayaraq, Ermənistan aqressiyanın nəticəsinə görə məsuliyyət daşımaqdan imtina edir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavini Tofiq Musayev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycana qarşı müharibə cinayətləri” adlı hibrid formatında keçirilən seminarda deyib. O xatırladıb ki, Xocalı işğal olunarkən yüzlərlə dinc sakin qətlə yetirilib: “Belə faciələr bir neçə dəfə olub. Erməni təcavüzü yaşlı insanların, …
Read More »İlham Əliyev 27-ci Beynəlxalq İnşaat Sərgisinin iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisinin və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin iştirakçılarına müraciət ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Hörmətli sərgi iştirakçıları! Hörmətli xanımlar və cənablar! Sizi sayca ikinci olan Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisinin və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin açılışı münasibətilə …
Read More »Ərdoğan Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü ilə bağlı təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü ilə bağlı təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə o, rəsmi tviter hesabında paylaşım edib. “Can dostumuz, qardaşımız, tale ortağımız Azərbaycanın 18 oktyabr Müstəqillik gününü təbrik edir, bütün azərbaycanlı qardaşlarıma ölkəm və xalqım adından salam və sevgilərimi çatdırıram”, – paylaşımda deyilir. Can dostumuz, kardeşimiz, kader ortağımız Azerbaycan’ın 18 Ekim Bağımsızlık Günü’nü tebrik …
Read More »Florida Beynəlxalq Universitetində 18 oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub
ABŞ-ın Florida Beynəlxalq Universitetində (FIU) Azərbaycanlı Tələbələr Assosiasiyasınım təşkilatçılığı ilə 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibəti ilə tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirin açılışında Azərbaycanın dövlət himni səsləndirilib və Azərbaycanın bütövlüyü uğrunda canından keçən əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. FIU-də təhsil alan Azərbaycanlı Tələbə Assosiasiyasının rəhbəri Aydın Eminov qonaqları ölkəmizin müstəqillik tarixi haqqında məlumatlandırıb. Bildirib …
Read More »Azərbaycanın Livandakı səfiri dəyişib
Ağasəlim Səmədağa oğlu Şükürov Azərbaycanın Livanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Həmçinin dövlət başçısının digər sərəncamı ilə Səməd Əyyub oğlu Həsənov Azərbaycanın Livanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Read More »Cəfər Hüseynzadə Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib
Cəfər Əbdülhüseyn oğlu Hüseynzadə Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Read More »Azərbaycan İtaliyaya yeni səfir təyin edib
Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycanın İtaliyada, eyni zamanda San Marinoda, Maltada fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu …
Read More »Azərbaycan Mərakeşə yeni səfir təyin edib
Nazim Adil oğlu Səmədov Azərbaycanın Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar