Çərşənbə , 18 Mart 2026

Xarici siyasət

XİN ermənilərin azərbaycanlıların qəbirlərinə qarşı etdiyi vandallıq aktlarını pisləyib

“Son günlər sosial şəbəkələrdə radikal ermənilər tərəfindən Azərbaycan qəbiristanlıqlarının dağıdılması videoları yayılıb. Təhqiramiz ifadələrlə azərbaycanlıların qəbirlərinə qarşı vandallıq aktlarının törədildiyi, qəbir daşlarının yük maşını ilə dağıdıldığı bu görüntülər Ermənistan tərəfindən uzun illər ərzində həyata keçirilən Azərbaycan irsinin məhv edilməsi siyasətinin növbəti bariz nümunəsidir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin ermənilərin azərbaycanlıların qəbirlərinə qarşı …

Read More »

Avropa İttifaqı bu gün Ermənistan-Azərbaycan sərhədinə göndəriləcək missiyanı təsdiq edəcək

Avropa İttifaqına üzv olan 27 ölkənin xarici işlər nazirləri bazar ertəsi, oktyabrın 17-də Lüksemburqda planlaşdırılan görüş keçirəcək. Boyukmillet.com “TASS”a istinadən xəbər verir ki, Aİ-nin yüksək səviyyəli nümayəndəsi nazirlərin Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanı göndərməklə bağlı qərarı təsdiqləyəcəklərini bildirib. Diplomatın sözlərinə görə, hələlik missiyanın təfərrüatları məlum deyil: “Yalnız onu deyə bilərəm ki, birinci mərhələdə 400-ə yaxın müşahidəçi yerləşdiriləcək. İlk müşahidəçilər iki ölkənin …

Read More »

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Boyukmillet.com-un xəbərinə görə, başsağlığı məktubunda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, Bartın vilayətindəki mədəndə baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan …

Read More »

Azərbaycandakı hərbi attaşelər Gəncədə erməni terrorunun qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edib

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Gəncə şəhərində səfərdədir. Boyukmillet.com xəbər verir ki, attaşelər Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncəyə atılan ballistik raket hücumları nəticəsində şəhid olan mülki əhalinin xatirəsinə qoyulmuş memorial kompleksi ziyarət ediblər. Şəhid olan mülki əhalinin xatirəsinə hörmət əlaməti olaraq abidə önünə gül düzüblər. Attaşelər Gəncədə törədilən terror hadisələri ilə bağlı məlumatlandırılıblar.

Read More »

Ceyhun Bayramov: “Sonuncu üçtərəfli görüşdən sonra əhəmiyyətli sayda təmaslar baş tutub”

“Bu ilin may ayında üçtərəfli formatda keçirilən son görüşdən sonra həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əhəmiyyətli sayda təmaslar baş tutub”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın paytaxtı Astana şəhərində Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının üçtərəfli görüşündə deyib. Rusiya XİN başçısı Sergey Lavrov isə söyləyib ki, Rusiya tərəfinin məsləhətçi köməyi ilə Azərbaycan və …

Read More »

Astanada MDB Dövlət Başçıları Şurasının toplantısı keçirilir, Prezident İlham Əliyev iclasda iştirak edir

Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilir. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir. İclasda həmçinin Rusiya Prezidenti Vladimir Putin, Belarusun dövlət başçısı Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emomali Rahmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Ermənistanın baş naziri Nikol Paşinyan və MDB-nin …

Read More »

Azərbaycan Prezidenti: “Orta dəhliz”in inkişafı ilə bağlı məsələlər zamanın tələbidir”

“Orta dəhliz”in inkişafı ilə bağlı məsələlər zamanın tələbidir. Yaxşı haldır ki, həm Qazaxıstan, həm də Azərbaycan buna hazır idi, çünki ölkələrimizdə çox müasir nəqliyyat infrastrukturu yaradılıb ki, bu da artıq bu gün daha böyük həcmdə yüklərin daşınmasına imkan verir. Gələcəkdə infrastruktur planlarımızı əlaqələndirməklə biz Transxəzər marşrutunun ötürücülük qabiliyyətinin artırılması üzrə gələcək işləri sinxronlaşdıra bilərik”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan …

Read More »

Qırğız ekspert: “Azərbaycan türk dünyasının vacib tərkib hissəsidir”

“Son illər Azərbaycanın regional və beynəlxalq siyasətdə əhəmiyyəti xeyli artıb”. Bunu “Report”a açıqlamasında Qırğızıstanın “Ağıllı həllər” analitik mərkəzinin direktoru, beynəlxalq münasibətlər üzrə ekspert Esen Usubaliyev deyib. Ekspertin fikrincə, bu, təkcə böyük enerji potensialının deyil, həm də daha çox Azərbaycanın resurs potensialından səmərəli istifadəsinin və bunun ölkənin iqtisadi, sosial-siyasi və hərbi potensialının inkişafına istiqamətləndirilməsinin nəticəsidir: “Təbii ki, indi Azərbaycan Cənubi Qafqazın …

Read More »