Çərşənbə , 11 Mart 2026

Xarici siyasət

İranda müharibə bitmir: ABŞ-nin planı buna görə tam işləmədi – ŞOK DETALLAR

Dünyanın diqqəti ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara yönəlib. Müharibə həm regionda, həm də qlobal miqyasda ciddi müzakirələrə səbəb olub. Müharibənin gedişi, tərəflərin strateji hədəfləri və mümkün nəticələri barədə fərqli qiymətləndirmələr irəli sürülür. Donald Tramp isə son açıqlamalarından birində bildirib ki, İrana qarşı müharibə faktiki olaraq başa çatıb. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Sultan Zahidov Musavat.com-a …

Read More »

ABŞ İranın Naxçıvana endirdiyi zərbələrdən sonra Azərbaycanla həmrəyliyini bəyan edib

ABŞ-nin Azərbaycandakı səfirliyi İranın Naxçıvana PUA ilə zərbələrini pisləyib və Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib. “ABŞ İran dronlarının Naxçıvana hücumlarını qətiyyətlə pisləyir, Azərbaycan xalqı ilə tam həmrəyliyini ifadə edir. ABŞ-nin Azərbaycandakı səfirliyi vəziyyətin inkişafını diqqətlə izləyir və xəsarət alanların tezliklə sağalmasını arzulayır”, – paylaşımda bildirilib. Xatırladaq ki, …

Read More »

Kiyevdən Bakıya tam dəstək: “Eyni silahlarla bizim şəhərləri də vururlar”

Ukraynanın Azərbaycandakı səfirliyi İranın Naxçıvana etdiyi PUA hücumları ilə bağlı bəyanat yayaraq, bu hadisəni pisləyib.Boyukmillet.com xəbər verir ki, səfirlik Azərbaycanla həmrəy olduğunu bildirib və İranın pilotsuz uçuş aparatlarının artıq qlobal səviyyədə bir terror alətinə çevrildiyini vurğulayıb. Ukrayna diplomatik nümayəndəliyi beynəlxalq birliyi qlobal təhlükəsizliyi sarsıdan rejimlərə qarşı mübarizəni gücləndirmək üçün birləşməyə çağırıb. Bəyanatda xüsusi olaraq qeyd edilib ki, hal-hazırda Naxçıvanın mülki …

Read More »

Sabir Rüstəmxanlı: Azərbaycana qarşı bu qədər qeyri-səmimilik İranın əslində mahiyyətini göstərir

Naxçıvana – mülki əhalinin yaşadığı yerlərə, məktəbə və təyyarə meydançasına zərbələrin endirilməsi İran hakimiyyətinin riayakarlığını bir daha göstərir. Bunu “Report”a Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Dünya Azərbaycanlılar Konqresinin həmsədri, xalq şairi Sabir Rüstəmxanlı deyib. “Azərbaycan dəfərlərlə elan edib ki, bizim ərazimizdən İrana heç bir təhülkə yoxdur. Azərbaycan ərazisində digər ölkələrin hərbi bazaları yoxdur, biz öz ərazimizdən İrana hərbi əməliyyatlara imkan vermərik. …

Read More »

Azərbaycan Müdafiə Nazirliyi: İranın hücum aktları cavabsız qalmayacaq

İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktları həyata keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, pilotsuz uçuş aparatlarının texniki parametrləri və bu hücumların təfərrüatları araşdırılır. Azərbaycan Müdafiə Nazirliyi hər hansı hərbi zərurət olmadığı halda, İran İslam Respublikasının silahlı qüvvələri …

Read More »

İran səfiri Azərbaycan XİN-ə çağırılıb, nota təqdim ediləcək

İran səfiri Müctəba Dəmirçilu Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, İran tərəfinə kəskin etiraz bildirilərək müvafiq etiraz notası təqdim ediləcək. “Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir. İran tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, …

Read More »

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus xüsusi İl-76 təyyarəsi Moskva vilayətində yerləşən Jukovski hava limanından Bakıya yola düşüb. Məlumata görə, təyyarənin əsas məqsədi İran ərazisini quru sərhəd-keçid məntəqələri vasitəsilə tərk edərək Azərbaycana daxil olan Rusiya vətəndaşlarının ölkələrinə daşınmasını təşkil etməkdir. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb. Qeyd edək …

Read More »

XİN Azərbaycan vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırır

Azərbaycan Xarici İşlər Nazirliyi İran ətrafında müşahidə olunan mövcud gərginlik fonunda ölkə vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırır. Boyukmillet.com xəbər verir ki, bununla bağlı XİN “X” hesabında paylaşım edib. Paylaşımda deyilir: Hazırda İsraildə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur. Hər hansı …

Read More »

Böyük Britaniya hökuməti Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib: Siyahıda azərbaycanlılar da var

Böyük Britaniya hökuməti Ukraynaya hərbi müdaxilənin dördüncü ildönümündə Rusiyaya qarşı yeni sanksiyalar elan edib. Siyahıya təxminən 300 şirkət, fiziki və hüquqi şəxslər, həmçinin “kölgə donanması”na aid gəmilər daxil edilib. Siyahıda azərbaycanlıların da adı yer alır. Qeyd olunur ki, sanksiyalar “2Rivers Group” şirkəti ilə əlaqəli 175 hüquqi şəxsə tətbiq edilib. Bloomberg bildirir ki, “2Rivers Group” şəbəkəsi azərbaycanlı treyderlər Etibar Eyyub və Tahir Qarayev ilə …

Read More »

Xocalı soyqırımını törədənlərdən 5 nəfəri Azərbaycanda cəzasını aldı

Xocalı soyqırımının törədilməsində iştirak edən şəxslərdən beşi artıq cəzasını alıb. Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, fevralın 5-də Bakı Hərbi Məhkəməsi Azərbaycana qarşı bir sıra cinayətlərin, o cümlədən müharibə qaydalarının aparılması, insanlıq əleyhinə cinayət, terrorçuluq və digər əməllərdə təqsirləndirilən Ermənistanın 15 vətəndaşını müxtəlif cəzalara məhkum edib. Onların arasında beş nəfərin ittihamında soyqırımı maddəsi də var. Belə ki, məhkəmənin qərarı ilə …

Read More »