Cümə axşamı , 19 Fevral 2026

Xarici siyasət

VHP rəsmisi: “Suriya xalqının iztirabları qarşısında susmaq insanlıqdan imtina etməkdir

Suriyada 2011-ci ildən bu yana davam edən qanlı qarşıdurmalar təkcə bir dövlətin siyasi dağılmasını deyil, həm də beynəlxalq sistemin insani və hüquqi baxımdan nə qədər aciz olduğunu nümayiş etdirib. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Musavat.com-a açıqlamasında bildirib ki, yüz minlərlə insanın həyatını itirdiyi, milyonlarla insanın didərgin düşdüyü bu münaqişə artıq regional yox, qlobal humanitar fəlakətə çevrilib. …

Read More »

Bu gündən Azərbaycanla Çin arasında viza rejimi ləğv edilir

Bu gündən Azərbaycanla Çin arasında viza rejimi ləğv edilir. Boyukmillet.com xəbər verir ki, viza rejiminin ləğvi Azərbaycan Prezidenti İlham Əliyevin Çinə apreldə dövlət səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”ə uyğun olaraq iyulun 16-da qüvvəyə minib. Sazişə əsasən, Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları …

Read More »

Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq

Slovakiya Azərbaycanda fəxri konsulluq açmağı planlaşdırır. Bu barədə Boyukmillet.com Slovakiya Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir. “Azərbaycanla əməkdaşlığın genişləndirilməsində əsas prioritetlər: Slovakiya şirkətlərinə fəal dəstək, Azərbaycanda fəxri konsulluğun açılmasına hazırlıq və iki ölkə arasında siyasi dialoqun dərinləşdirilməsidir”, – qurumdan qeyd edilib. Eyni zamanda, bildirilib ki, Slovakiyanın xarici işlər naziri Yuray Blanar bu ölkənin Azərbaycandakı yeni təyin olunmuş səfiri Elçin Qasımovla görüşüb. …

Read More »

İlham Əliyev Ərdoğana başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. Boyukmillet.com -un məlumatına görə, məktubda deyilir: “Əziz Qardaşım, Doqquz il əvvəl – 15 iyul tarixində Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda şəhid olmuş bütün qardaş-bacılarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, ailələrinə və bütün xalqınıza dərin hüznlə başsağlığı verirəm. Həmin gecə qardaş Türkiyə müasir tarixinin …

Read More »

Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirilib

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin …

Read More »

Azərbaycanın Fransadakı səfirliyinə hücumun əsas iştirakçısının cəzası ağırlaşdırılıb

Paris Apellyasiya Məhkəməsi 2022-ci ilin sentyabrında Azərbaycanın Fransadakı səfirliyinə hücumla bağlı Ermənistanın “Çarjum” hərəkatının üzvü Loris Tufanyanın cəzasını ağırlaşdırıb. Boyukmillet.com-un məlumatına görə, Paris Apellyasiya Məhkəməsi şikayətə iyunun 10-da baxıb və bu gün iş üzrə qərar qəbul edib. Məhkəmə Tufanyanı Azərbaycanın Fransadakı səfirliyinə hücumda təqsirli bilən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Buna əsasən, Tufanyana əlavə cəza – 5 il müddətinə …

Read More »

İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Boyukmillet.com xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün yüksək səviyyədə keçirildiyini vurğulayıb. Dövlət başçısı Zirvə görüşündə iştirak etdiyinə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib. Söhbət zamanı qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Rəcəb Tayyib …

Read More »

Növbəti ECO sammiti 2027-ci ildə İranda keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammiti İranda keçiriləcək. Boyukmillet.com-un məlumatına görə, bu barədə Xankəndidə keçirilən ECO 17-ci Zirvə görüşünün yekunlarına dair ECO-nun mətbuata açıqlamasında deyilir. “ECO-nun 17-ci Zirvə görüşü üzv dövlətlərin davamlı iqtisadi artım, daha dərin regional inteqrasiya və inklüziv inkişafa olan ümumi sadiqliyini gücləndirmək üçün mühüm platforma rolunu oynadı. Növbəti ECO sammiti 2027-ci ildə İranda keçiriləcək. Bu isə regional …

Read More »