Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını Qurtuluş Günü münasibətilə təbrik edib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Türkiyə XİN-in tviter hesabında paylaşım edilib. “Can Azərbaycanın Milli Qurtuluş Günü mübarək olsun! Həm kədərdə, həm də sevincdə can Azərbaycanla həmrəyliyimiz əbədi davam edəcək”, – paylaşımda bildirilib. Xatırladaq ki, bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. 32 il əvvəl – Milli Məclisin …
Read More »Azərbaycan Prezidenti Fələstinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Fələstin Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əhməd Metaninin etimadnaməsini qəbul edib. Boyukmillet.com xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi. Dövlətimizin başçısı xalqlarımızı dostluq və qardaşlıq əlaqələrinin birləşdirdiyini deyərək, səfirin ölkəmizdə fəaliyyəti dövründə bunun şahidi olacağına əminliyini bildirdi, xalqlarımız arasında münasibətlərin dövlətlərarası …
Read More »Qırğızıstan vətəndaşları İrandan Azərbaycana təxliyə edilir
Azərbaycan Respublikasına edilmiş müraciətlər əsasında ölkəmiz İran İslam Respublikasından təxliyələrin həyata keçirilməsinə dəstək göstərir. Bu barədə “Report”un Cənub bürosu xəbər verir. Görülən müvafiq tədbirlər nəticəsində, yeddi nəfər diplomatik heyətin ailələri daxil olmaqla, ümumilikdə 28 Qırğızıstan Respublikasının vətəndaşı İrandan Azərbaycana gəlib. Qırğızıstanın İrandakı səfirliyinin əməkdaşlarından ibarət ikinci qrup bu yaxınlarda təxliyə ediləcək. İrandan təxliyə edilən xarici vətəndaşlara tibbi xidmət göstərilməsi üçün şərait …
Read More »Türkiyənin hakim partiyasının nümayəndə heyəti Bakıda
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının üzvləri , sədr müavini Efkan Alanın rəhbərliyi ilə Azərbaycana səfər edib. Partiyanın üzvləri Bakıda Şəhidlər Xiyabanını ziyarət edib. Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik əlaqələrini tənzimləyən Şuşa Bəyannaməsinin 4-cü ildönümü tədbirləri çərçivəsində Azərbaycanda olan Ala və onu müşayiət edən nümayəndə heyəti əvvəlcə mərhum Prezident Heydər Əliyevin məzarını ziyarət ediblər. Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini …
Read More »Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir
Azərbaycan Ermənistandan Zəngəzur dəhlizi ilə bağlı addım atmağı gözləyir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” mövzusunda keçirilən paneldə danışıb. H.Hacıyev qeyd edib ki, Ermənistanın “sülh kəsişməsi” təşəbbüsü həddindən artıq məhdud və gec yanaşmadır: “Azərbaycan əraziləri işğal altında …
Read More »Azərbaycan xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradıb
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradılıb. “Report”un Cənub bürosu xəbər verir ki, bəzi xarici dövlətlər Azərbaycan hökumətinə İranda olan vətəndaşlarının təxliyəsi məqsədilə Azərbaycanın ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsi ilə bağlı müraciət ediblər. Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün sözügedən sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradıb.
Read More »Azərbaycan XİN ölkə vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb
Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, qurumun bəyanatında bildirilib. Qeyd olunub ki, İsrail və İran arasında yaranmış mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan vətəndaşlarının zəruri olmadığı təqdirdə İrana səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur. Bildirilib ki, hazırda İranda olan Azərbaycan vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, …
Read More »Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlara müraciət edib
Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlara müraciət edərək onları təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin rəsmi “X” hesabında yazılıb. “Mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq İsraildə yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarına təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etmələri, ayıq-sayıq olmaları və həyəcan siqnalı zamanı ən yaxın sığınacağın yerini əvvəlcədən müəyyən etmələri tövsiyə olunur”,-məlumatda qeyd …
Read More »Gürcüstanda etnik azərbaycanlılar “rus sonluqlu” soyadlardan azad olmaq üçün məhkəməyə üz tutub
İyunun 4 və 5-də Gürcüstanın Konstitusiya məhkəməsində rus sonluqlu soyadlarının dəyişdirilməsi ilə bağlı məhkəmə keçirilib.“Soyadımı qaytar” kampaniyası hələ 2020-ci ildə milli və dini azlıqların “Salam” platforması qeyri-hökumət təşkilatının təşəbbüsü ilə başladılıb. 2021-ci ildə isə 45 gün ərzində soyadlarının dəyişdirilməsi ilə bağlı 27 min imza toplanaraq, parlamentə təqdim olunub. Parlament imzaların sayının yetərli olmadığını bildirərək, təşəbbüsü qeydiyyata almaqdan imtina edib. Bundan …
Read More »Fransa məhkəməsi Azərbaycan səfirliyinə hücumla bağlı apellyasiya şikayətinə baxacaq
Paris Apellyasiya Məhkəməsi bu il iyunun 10-da 2022-ci ilin sentyabrında Fransada Azərbaycan səfirliyinə edilən hücumla bağlı işə baxacaq. Qatı ermənipərəst fəallar tərəfindən təşkil edilmiş bu hadisə geniş beynəlxalq rezonans doğurmuşdu. Boyukmillet.com xəbər verir ki, bu iş Fransada diplomatik müəssisəyə hücumun Ermənistan-Azərbaycan münaqişəsi kontekstində nəzərdən keçirildiyi ilk iş olub. Azərbaycanın diplomatik missiyasına hücumda əsas təqsirləndirilən şəxs – erməni “Charjoum” hərəkatının üzvü …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar