Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2025-ci il üzrə illik hesabatını dərc edib. Hesabata əsasən, Azərbaycana qarşı Məhkəmədə baxılan işlərin sayı 2180-dir və müraciət sayına görə ölkə 8-ci yerdə qərarlaşıb. İlk üçlükdə Türkiyə (18 464 iş), Rusiya (7 177 iş) və Ukrayna (4 004 iş) yer alır. Vəkil Fariz Namazlı bildirib ki, Azərbaycana qarşı işlərin sayının çoxluğu insan hüquqları sahəsində ciddi problemlərin mövcudluğuna işarədir. 2025-ci …
Read More »“İranın qarşısında iki yol var…” – DAK koordinatorundan rəsmi Tehrana təkliflər
Regionda gərginliyin artdığı, İran ətrafında hərbi ssenarilərin açıq şəkildə müzakirə olunduğu bir dövrdə müharibədən yayınma yolları yenidən gündəmə gəlib. Bu kontekstdə DAK-ın Avropa ölkələri üzrə koordinatoru Əli Hacının mövqeyi diqqət çəkir. Onun yanaşması klassik diplomatik bəyanatlardan fərqli olaraq problemin kökünü İranın daxili siyasi və idarəetmə modelində görür. Əli Hacı Yenicag.az-a açıqlamasında bildirib ki, İranın müharibədən qaçması üçün, ilk növbədə, mövcud dini …
Read More »İrandan Azərbaycana növbəti BÖHTAN – Bakıdan XƏBƏRDARLIQ
İranda 33 gün əvvəl başlayan etirazlarda öldürülən 6479 nəfərin kimliyi müəyyənləşdirilib, öldürülən 17091 nəfərin kimliyinin isə dəqiqləşdirilməsinə çalışılır. Musavat.com-un məlumatına görə, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb. Bildirilir ki, öldürülənlərdən 214 hökumət məmuru, 118-ü azyaşlı və 55-ü etiraz aksiyalarında iştirak etməyən mülki şəxslərdir. Bununla yanaşı, 44 mindən çox etirazçı həbs edilib. Öldürülən və həbs olunanların sayının göstərilən rəqəmlərdən …
Read More »Hindistanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaları açıqlanıb
Hindistanın Azərbaycan iqtisadiyyatına xarici birbaşa investisiyaları (BXİ) 2016-cı ildən 2025-ci ilin birinci yarısının sonuna qədər 480 milyon dollardan 1,26 milyard ABŞ dollarınadək artıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının (EDB) “Avrasiya regionu və Asiyadan olan tərəfdaş ölkələr: investisiya axınlarının təhlili” adlı hesabatında deyilir. Bank vurğulayır ki, Azərbaycan Avrasiya regionunda Hindistanın BXİ-lərinin ikinci ən böyük alıcısıdır. Lakin Hindistanın Azərbaycandakı iştirakı yalnız bir investorla məhdudlaşır. EDB …
Read More »AŞPA-nın qış sessiyası Azərbaycanın iştirakı olmadan başlayıb
Azərbaycan parlamenti 2026-cı il üçün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasına nümayəndə heyəti göndərməyib və sessiyada iştirak etmir. Bu barədə məlumat AŞPA-nın rəsmi saytında yer alıb. 2024-cü ildən etibarən Azərbaycan Avropa Şurası Parlament Assambleyasında səsvermə hüququndan məhrum edilib. Bunun səbəbi kimi ölkənin insan hüquqları sahəsində öhdəliklərini yerinə yetirməməsi göstərilib. Azərbaycan hakimiyyəti isə bu qərara cavab olaraq qurumla əməkdaşlığı dayandırdığını açıqlayıb …
Read More »İlham Əliyev Azərbaycanın Sülh Şurasına təsisçi üzv dövlət qismində qoşulması barədə sənədi imzalayıb
Prezident İlham Əliyev Davosda Azərbaycanın Sülh Şurasına təsisçi üzv dövlət qismində qoşulması barədə sənədi imzalayıb. “Report”un İsveçrəyə ezam olunan müxbirinin məlumatına görə, imzalama mərasimində ABŞ Prezidenti Donald Tramp və onun Sülh Şurasına qoşulmaq üçün dəvətini qəbul edən ölkələrin liderləri iştirak edib.
Read More »Azərbaycan Trampın Sülh Şurasına üzvlüklə bağlı dəvətini qəbul edib
Azərbaycan ABŞ Prezidenti Donald Trampın Sülh Şurasına təsisçi üzv olmaqla bağlı dəvətini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Donald Tramp yanvarın 16-da Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edərək Azərbaycanı quruma təsisçi üzv dövlət olmağa dəvət edib: “Azərbaycan həmin dəvəti qəbul edərək Sülh Şurasına təsisçi üzv dövlət olmaq niyyətini …
Read More »20 Yanvar xalqın müstəqillik uğrunda mübarizəsini gücləndirdi – ŞƏRH
20 Yanvar faciəsi sovet rəhbərliyinin Azərbaycan xalqının müstəqillik və azadlıq arzularını sındırmaq məqsədilə həyata keçirdiyi amansız hərəkət idi. Bunu AZƏRTAC-a açıqlamasında Kocaeli Heydər Əliyev mədəniyyət mərkəzinin sədri Bilal Dündar bildirib. Onun sözlərinə görə, hücumun məqsədi təkcə şəhəri zəbt etmək deyildi; əsas niyyət xalqın milli oyanışını sındırmaq və qorxu yaratmaq idi. “Lakin xalqın birliyi və mübarizə ruhu bu cəhdləri boşa çıxardı. Bu …
Read More »Ermənistan Azərbaycan və Türkiyə sərhədlərinə dəmir yolunun bərpası ilə bağlı Rusiyanın qərarını gözləyir
Ermənistan Rusiyadan olan tərəfdaşlara müraciət edərək Azərbaycan və Türkiyə sərhədlərinə gedən dəmir yolu hissələrində bərpa işlərinin həyata keçirilməsi məsələsi ilə bağlı qərar qəbul olunmasını xahiş edib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, bu məsələ Rusiya ilə təmaslar zamanı, o cümlədən dövlət və hökumət başçıları səviyyəsində müzakirə …
Read More »DAK-ın İrandakı olaylarla bağlı bəyanatı
Dünya Azərbaycanlıları Konqresi İranda baş verən hadisələrlə bağlı bəyanat qəbul edib. Bəyanatda bildirilir ki, İran İslam Cümhuriyyətinin bir çox şəhərlərində başlayan kütləvi aksiyalar bu ölkənin dərin sosial-siyasi, mədəni və etnik-milli böhranlar içində olduğunu bütün dünyaya bir daha nümayiş etdirmişdir. İran vətəndaşı olan milyonlarla azərbaycanlının taleyini düşünən hər bir soydaşımız dünyanın harasında yaşamasından asılı olmayaraq bu prosesləri narahatlıq və diqqətlə izləyir. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar