Şənbə , 27 Aprel 2024
Drone Cameras

Dəhşətli qəzada ölənlərin ikisi həkim olub – ADLAR

Ötən gecə Şəki rayonunda baş vermiş dəhşətli qəzada ölən 4 nəfərin şəxsiyyəti müəyyənləşib. 

Boyukmillet.com-un lent.az-a istinadən məlumatına görə, Yevlax-Zaqatala-Gürcustan sərhədi magistral yolunda “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində Rusiya Federasiya vətəndaşları 1962-ci il təvəllüdlü Olqa Lesnikova, 1972-ci il təvəllüdlü Oksana Maskolnikova, 1959-cu il təvəllüdlü Şamil Mehdiyev və 1949-cu ildə anadan olmuş Rafael Qasımov vəfat edib. 

1996-cı il təvəllüdlü Murad Bağırov, 1992-ci il təvəllüdlü Elvin Qasımlı, 1963-cü il təvəllüdlü İsa Abbasov və Rəşad Aslanlı isə Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin ağır və orta-ağır olduğu bildirilir.

Bildirilir ki, qəzada ölən qadınlar Rusiya Federasiyasından Azərbaycana qonaq gəlibmiş. Onların ikisi də ixtisasca həkimdir. Digər ölən iki nəfər isə əslən Şəmkir rayonundandır və uzun müddət Rusiyada yaşayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Boyukmillet.com

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir