Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

“Danabaş kəndinin əhvalatları” kitabı Türkiyə türkcəsində oxuculara təqdim olunub

Azərbaycan kitabının tanıdılması və dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildən etibarən Mədəniyyət və Turizm Nazirliyinin “Azərbaycan Kitabının Dünyada Tanıdılması” (AKDT) layihəsinə başlanılıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Türkiyədə fəaliyyət göstərən “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatı ilə əldə olunmuş razılığa əsasən, ilkin mərhələdə seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi həyata keçirilməkdədir.

Layihə üzrə Yusif Vəzir Çəmənzəminlinin “Qan içində. İki od arasında” romanının ardınca Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” kitabı Türkiyəli kitabsevərlərin ixtiyarına verilib.

Kitabları Türkiyə türkcəsinə Azərbaycan əsilli, tanınmış şair-yazıçı Yurtseven Şen çevirib.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir