Cümə , 29 Mart 2024
Drone Cameras

Dnepropetrovsk azərbaycanlıları böyük nüfuza malikdirlər

Dnepropetrovskda yaşayan soydaşlarımızla görüşdən əvvəl şəhəri, Dnepr çayının sahilində xeyli gəzişdik. Çalışdıq ki, daha çox yerli insanlarla görüşüb söhbət edək, soydaşlarımızın diaspora fəaliyyətindən, onların yerli xalqların nəzərində necə olmalarından məlumatlanaq. Sahil boyu çoxlu kafe, və uşaqlar üçün attraksionlar var idi. Komsomol adası deyilən yerdə kafelərin birində əyləşərək qəhvə sifariş etdik. Bu zaman qonşu masada bir ailə də əyləşmiş və tez-tez bizə tərəf boylanırdı. Nəhayət ailə başçısı bizə yaxınlaşaraq, haradan gəldiyimizi öyrəndi. Bakı adını eşidən kimi başladı millətimizi tərif etməyə. Əslində bildirməsəm də, amma çox qürur duydum. Daha sonra onun həyat yoldaşı yaxınlaşaraq özünü təqdim etdi: Brodyak Lyubov Vasilyevna, mən sizin çox məşhur olan “Novruz Bayramınızı” çox sevirəm. Biz dneprlilər artıq bu bayramın nə olduğunu bilirik. Belə ki, sizin buradakı cəmiyyətiniz hər il bu bayramı çox möhtəşəm keçirir. Bu bayram qardaşlıq, mehribançılıq bayramıdır, hələ mən şəkər bura, paxlavanı demirəm. Birdə oyun oynanılır, milli paltarlarınız da çox gözəldir. Məndə o qədər maraq yarandı ki, hətta qızıma məsləhət gördüm ki, sizin yallı rəqsini öyrənsin, o, birlik, qardaşlıq, sülh rəqsidir.

Dnepropetrovsk azərbaycanlıları yaşadıqları şəhərdə böyük nüfuza malikdirlər

Bir xeyli söhbətdən sonra ailə başçısı dedi ki, sizin cəmiyyətinizdə bir savadlı oğlan da var, səhv etmirəmsə əvvəllər şəhər merinin köməkçisi də olub. Adı Nəcəf olmalıdır, mən onu bir neçə dəfə şəhərimizin tədbirlərində görmüşəm, aktiv oğlandır. Uzun illər bundan əvvəlin söhbətini edirəm bəlkə də o adam daha burada yaşamır, ancaq siz yenə də bir öyrənin, bax o insan çox maraqlıdır, ondan yazmağına dəyər.

Bəli, biz Dnepr şəhərində, istər öz millətimizin istərdə, digər millətin nümayəndələri ilə xeyli söhbətləşərək, burada yaşayan soydaşlarımızın azərbaycanı necə təmsil etmələri barədə məlumat topladıq. Daha sonra BUAK-nin Dnepropetrovsk vilayəti üzrə nümayəndəliyinə getdik. Sədr xarici səfərdə olduğu üçün onun müavini Nəcəf Əhmədovla görüşdük. Onunla söhbətimiz zamanı qiyabi tanışlığımız haqqında sədr müavininə heç nə demədik.

Sual: Nəcəf müəllim bu şəhərə necə gəlişinizdən və iş fəaliyyətinzdən qısa məlumat vermənizi xahiş edirik.

Mən Azərbaycandan ukraynaya əsgər kimi gəldim, əsgərliyimi bitirən kimi Donetsk İqtisad Universitetinə qəbul oldum. Hələ oxuduğum zamanda da diasporaya çox həvəs göstərir, tez-tez tədbirlərdə iştirak edirdim. Daha sonra millətimizin hər hansı bir cəmiyyət yaratdığını eşidib, mən də onlara qoşuldum. Əvvəlcə Azəri, sonra Savalan cəmiyyətləri yaranmışdı. Lakin Ümummilli liderimiz Heydər Əliyevin Ukraynaya səfərindən sonra hər şey dəyişdi, pərakəndəliyə son qoyuldu. Konqres yarandı, sonra parlament və s. Mən də idarə heyətinin üzvü seçildim, parlament sədrinin müavini oldum. Beləliklədə cəmiyyətin işində çox aktiv fəaliyyətə başladım. Bir müddət sonra Azərbaycan və Ukrayna parlamentlərarası dostluq qrupu yarandı və bu qrupun rəhbəri Ukrayna ali radasının deputatı Maksim Kuryaçiyin köməkçisi oldum.

Mən uzun illər M. Kuryaçiyinlə bir yerdə işləmişəm. Yəni bizim şəhərin deputatı olan vaxtı da mən onun köməkçisi olmuşam.

Sual: yerli xalqlara Azərbaycan mədəniyyətini, adət ənənələrini necə çatırırsınız?

Əslində, bir çox vasitələrlə biz öz mədəniyyətimizi, adət-ənənələrimizi yaşadığımız şəhərdəki digər xalqların nümayəndələrinə çatdırırıq. Məsələn biz yaşadığımız şəhərdə möhtəşəm bir “Novruz Bayramı “ tədbirləri keçiririk. Bu artıq ənənə halını alıb, yerli insanlar bizim xalqımızın adət-ənənələri, mətbəxti, milli geyimləri və musiqisi ilə daha yaxından tanış olur. Hətta yerli xalqın nümayəndələrindən bəziləri, bayramın gəlməsini səbirsizliklə gözləyirlər. Belə ki, onlar həm möhtəşəm proqramı izləyir, həm də milli mətbəxtimizin təamları ilə tanış ola bilirlər.

Bundan əlavə biz bir proyektin üzərində uzun müddət işləyərək onu həyata keçirdik. 2006-cı ildə biz Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun “Arşın Mal Alan” pyesini Ukrayna dilinə tərcümə etdik. T.Şevçenko adına teatra bu pyesi hədiyyə etdik, Azərbaycandan bütün lazımi ləvazimatları, geyim və s. gətirdik. Tamaşa tam hazırdır, bu əsil təbliğatd növüdür. Sadəcə şərait yaradaraq bu kollektivi bir neçə dəfə regionlara aparmaq və onların konsertlərini təşkil etmək lazımdır. Yəni biz bunu Dnepr şəhərində etdik, ancaq daha bu təbliğat vasitəsi, tam hazırdır, onu sadəcə bir şəhərə şamil etmək olmaz, onu bütün Ukrayna ərazisində təbliğ etmək lazımdır.

Sual: Yeni yaranmış BUAK-nin fəaliyyəti digər təşkilatlardan nə ilə fərqlənir.

UAK-si əvvəllər çox yaxşı fəaliyyət göstərirdi. Sonra nədənsə fəaliyyət zəiflədi, bu gün şükr ki, yeni rəhbər seçilib. Rövşən Tağıyev BUAK-ə gələndən xüsusi bir canlanma var.

Ümumiyyətlə Ukrayna dövlətində yaşayan diaspora vəyaxud Dövlət rəsmilərimiz xalqımızı yetərincə təmsil edirlər. Mən yeni təyin olunmuş, Azərbycanın Ukraynadakı səfiri Azər Xudiyevin xidmətlərini də xüsusi qiymətləndirmək istəyirəm. Səfirimiz çox qıssa müddətdə Ukrayna Azərbaycan xalqlarının Dostluq Parkı açıldı. Daha sonra Səfirimiz Aeroportda Azərbaycan xalqının mədəniyyətini yüksək səviyyədə təbliğatını təşkil etmişdi. Belə ki, qeydiyyatdan keçdikdən sonra Azərbaycan xalqının milli musiqi alətləri ilə sərnişinlər üçün gözəl musiqi dəqiqələri yaşatdılar. Bir neçə müddət bu musiqi proqramı xalqımızı təmsil etdilər. Aeroportda musiqi proqramı ilə yanaşı milli kulinariyamız da təbliğ olunurdu, yəni dünyanın hər yerindən gələn sərnişinlər, Aəzrbaycan musiqisindən dinləyərək, milli kulinariyamızın dadlı təamlarından daddılar. Bundan sonra səfirliyimizin yanındakı Heydər Əliyev parkında geniş konsert proqramı verildi. Ümumiyyətlə səfirimiz çox peşəkardır, o tez-tez regionlarda olur, qubernatorlarla görüşür, yerli diaspora rəhbərləri ilə də görüşüb, hər hansı problem və qayğılarımızla maraqlanırlar. Bu yaxınlarda bizim də regiona səfər edən səfirimiz, qubernatorla görüşərək bir çox
problemlərimizi müzakirə etdilər. Dnepr şəhərində tatarların məsçidi deyilən, hal-hazırda idman məktəbi kimi istifadə olunan bir məscidimiz var. Səfirimiz onunla söhbəti zamanı bu məsələnin də həllini müsbət tərəfə yönəldə bildi.

Biz BUAK-i olaraq Ukrayna ərazisində gedən döyüşlərdə, ATO-ya dəfələrlə baş çəkdik, müxtəlif köməkliklərimizi əsirgəmədik.

Bizim xalqımızın qəhrəman oğlu Sovet İttifaqı qəhrəmanı Mikayıl Ələkbərovun Dnepropetrovsk vilayətindəki qardaşlıq məzarında büstü də var. Biz çalışırıq ki, bu torpaqlar uğrunda canını fəda etmiş həmyerlimizin heykəlini şəhər mərkəzindəki parkların birində ucaldaq.

Daha sonra BUAK-nin digər fəalları ilə də söhbət etdik. İlk müsahibim Şükürov Kəyyam, Nobil Əhmədov və Ataşov Rəfail oldu. Hər üç həmyerlimiz BUAK-nin bütün tədbirlərində aktiv iştirak etdiklərini vurğulayaraq, harada yaşamalarından asılı olmayaraq ürəklərinin Azərbaycanla döyündüyünü söylədilər. Daha sonra Aydın Məmmədovla görüşərək xeyli söhbət etdik. Aydın müəllim Azərbaycanla bağlı hər hansı bir iş görülərsə, canla-başla orada olduqlarını dedi.

Dnepropetrovsk azərbaycanlıları yaşadıqları şəhərdə böyük nüfuza malikdirlər

Bundan əlavə uzun illər Konqresin Gənclər təşkilatına rəhbərlik etmiş Elza Bəkirova ilə görüşdük. Elza xanımın fəaliyyəti təkcə Dnepr şəhəri səviyyəsinə sığmadığı üçün, onun yeddi illik təmənnasız xidmətini soydaşlarımız yüksək qiymətləndirirlər. Elza xanımla yanaşı başqa bir xanım da var idi. Öyrəndik ki, Elnurə Kərimova Şəhər polis şöbəsində baş leytenantdır. Əslində Ukrayna hüquq-mühavizə orqanlarında Azərbaycan xanımını görmək çox qürurvericidir. Elnurə xanım Ukrayna, Rus və Azərbaycan dillərini mükəmməl bilir.

Daha sonra isə Dnepropetrovski vilayətinin “Novo Moskovskiy” şəhərindən gəlmiş Şikar Hüseynovla görüşdük. Şikar yaşadığı şəhərdə nüfuzlu iş adamıdır. Onun”Ağdam “ adlı şəxsi Ticarət mərkəzi, bazarı və bir neçə əlavə obyektləri də var. Şikar müəllim üç övladı olduğunu dedi və övladlarının Dövlət qurumlarına işə düzəlməsinə etiraz etməyib. 2001-ci ildən BUAK-nin “Novo Moskovskiy” şəhərində sədridir. Onun oğlu Zaur Hüseynov yaşadıqları şəhərdə məhkəmədə çalışır. Şikar müəllim dedi ki, yerli qəzetlərdə, “Novo Moskovskiy Pravda” “Prisamara” qəzetlərində, bizim fəaliyyətimizdən çox yazılıb. Bizim yerli icra hakimiyyəti, hüquq-mühavizə orqanları ilə çox yaxşı münasibətimiz var. Yəni yaşadığımız balaca şəhərdə bütün elita bizim milləti tanıyır və hörmətimizi saxlayırlar.

Dnepropetrovsk azərbaycanlıları yaşadıqları şəhərdə böyük nüfuza malikdirlər

Şikar müəllim Səxavət adlı bir azərbaycanlı balasının oxumasına, hərtərəfli kömək göstərərək onun Polis Akademiyasını oxuyub başa vurmasına və polisdə işə düzəlməsinə xeyli kömək etdiyini söylədi. Şikar müəllim dedi ki, hazırda Səxavət polis rəisinin köməkçisidir.

Dnepropetrovski vilayətindəki soydaşlarımızın fəaliyyəti o qədər çox idi ki, onu bir məqaləyə sığışdıra bilmədik. Odur ki, növbəti saylarımızda yenə də Dneprdə yaşayan soydaşlarımızın diaspora fəaliyyətinə müraciət edəcəyik.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir