Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Donald Tramp Məxfi Xidmətin başçısını işdən azad edib

ABŞ-ın Məxfi Xidmətinin başçısı Cozef Klensi bu il martın 8-də tutduğu vəzifəni tərk edəcək.

“Report” “ABC” telekanalına istinadən xəbər verir ki, ölkə prezidenti Donald Tramp onun tutduğu vəzifədən azad edilməsi barədə fərman imzalayıb.

İnformasiyaya əsasən, buna səbəblərdən biri kimi insanların qanunsuz olaraq, Ağ evin ərazisinə daxil olması göstərilir.

Məlumata görə, son illər Məxfi Xidmət ciddi tənqidlərə məruz qalıb.

Xəbərdə bildirilib ki, qurumun agentlərinin xaricdə, o cümlədən ABŞ prezidentinin başqa dövlətlərə səfəri zamanı yaratdıqları qalmaqallar da xidmətin tənqid olması səbəblərindən biri sayılır.

Xatırladaq ki, Cozef Klensidən əvvəl Culiya Pirson Ağ evin bir neçə zalına əli bıçaqlı bir kişinin icazəsiz daxil olması səbəbindən uzaqlaşdırılmışdı.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir