Çərşənbə , 1 Fevral 2023

Erməni-nasistin xatirə lövhəsi Rusiyada qalmaqal yaratdı

Rusiyanın Armavir şəhərində XIX əsrin sonu – XX əsrin əvvəllərinin “Erməni milli azadlıq hərəkatı”nın lideri Qareqin Njdin xatirə lövhəsi ətrafında qalmaqal yaranıb.

“Komsomolskaya Pravda”nın yazdığına görə, o, Böyük Vətən müharibəsinə qədər hərbçi və Ermənistanın dövlət xadimi, yeni milli ideologiyanın yaradıcısı olub. Lakin 1941-ci ildə Almaniyanın tərəfini tutub. Ona görə də 1942-ci ildə Berlində yaradılmış “Erməni milli şurasının” tərkibinə daxil olub və həmyerlilərini Sovet İttifaqına qarşı döyüşməyə səsləyib. Faşistlərlə əməkdaşlığına görə, Njd 25 il müddətinə azadlıqdan məhrum edilib. Lakin 1955-ci ildə dustaqxanada ölüb.

57 il sonra isə Armavirdə erməni məbədinin ərazisində bu adama xatirə lövhəsi ucaldılıb. Qeyd edək ki, Armavirə Njdin heç bir aidiyyəti yoxdur, burada, sadəcə, onun həmyerliləri yaşayır.

“Xatirə lövhəsinin nə zaman yerləşdirildiyini araşdırarkən, onun Rusiya erməni İttifaqının Armavir bölməsinin gənclər komitəsinin təşəbbüsü ilə ucaldıldığını öyrəndim. Xatirə lövhəsini quraşdıranları Qareqin Njdnin reabilitasiya edilməməsi də narahat etməyib”, – deyə vəkil İlya Xlopkov bildirib.

Armavir administrasiyasının məlumatına əsasən, meriyanın bu lövhənin quraşdırılmasına heç bir aidiyyəti yoxdur.

Qeyd edək ki, Armavir sakinləri prokurorluğa müraciət edərək, bu məsələnin qanuni yolla həll edilməsinə nail olmağa hazırlaşırlar.

Check Also

Kamran Əliyev Münhenin Baş prokuroruna terrorçuluğa qarşı mübarizə fəaliyyəti barədə məlumat verib

Baş prokuror Kamran Əliyev Almaniyanın Münhen şəhərinin Baş prokuroru Reinhald Röttlenə terrorçuluğa qarşı mübarizədə fəaliyyəti …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir