Şənbə , 27 İyul 2024
Drone Cameras

Ermənistanın ən yaxşı idmançı “10-luğ”una Mxitaryanın düşməməsi federasiya prezidentini qəzəbləndirib

 İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Henrik Mxitaryan Ermənistanın 2016-cı ildə 10 ən yaxşı idmançısı siyahısına düşməyib. “Report”un məlumatına görə, idman jurnalistlərinin bu addımı Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan tərəfindən etirazla qarşılanıb.

O deyib: “Bütün idmançılarımız istisnasız olaraq, yüksək qiymətə layiqdirlər. Amma Mxiraryanın ən kütləvi növ olan futbolun inkişafındakı xidmətləri şəksizdir. Bunu hamı, hətta ən yaxşı idmançı adına namizədlər siyahısını düzüb-qoşanlar da bilir. Onlar “10-luq”da heç bir futbolçu olmasın” adlı “unikal” əməliyyat aparırlar. Futbola nifrət edən və onu aşağılayan məmurların bu növ haqda nə isə danışmağa haqqı yoxdur”.

Ayrapetyanın fikrincə, daha böyük mənəviyyatsızlıq odur ki, səsvermədə iştirak edən idman jurnalistlərin böyük əksəriyyəti öz peşəkar “biznes”lərinə futbolla, Henrik Mxitaryanla başlayıb Mxitaryanla da qurtarırlar.

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir