Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Ermənistan yenə “Rus NATO”-sunu seçdi – Maraqlı gəlişmə

NATO-nun Gürcüstanda keçirilən hərbi təlimlərindən son anda imtina edərək hətta yerli ekspertləri şoka salan Ermənistan hakimiyyəti qəfildən Rusiya ilə birgə təlimlərə qatılmaq qərarı verib. Boyukmillet.com bununla əlaqədar erməni mətbuatına istinadən xəbər verir.

Məlumata görə, sentyabrın 4-də Ermənistan ordusunun hava hücumundan müdafiə idarəsinin rəisinin rəhbərliyi ilə işçi qrupu Rusiyaya səfər edib. Onlar Rusiyada MDB ölkələrinin hava hücumundan müdafiə məsələlərinə, həmçinin birgə döyüş atışlarında iştiraka həsr olunan tədbirlərə qatılacaqlar. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, nümayəndə heyəti 7 sentyabrda Ermənistan silahlı qüvvələrin baş qərargah rəisi Movses Akopyanın rəhbərliyi ilə döyüş atışlarının final mərhələsində iştirak edəcək. 

Bu arada Ermənistanın NATO təlimlərindən elə təlimlərə start verildiyi gün imtina etməsinin səbəbləri ətrafında ciddi müzakirələr elə bu ölkənin özündə də davam edir, suallara cavab istənilir. Ancaq İrəvan iddia edir ki, Gürcüstandakı hərbi təlimlərdə iştirak qərarını verdiyini heç vaxt bəyan etməyib. Bu barədə Ermənistan müdafiə nazirinin müavini Artax Zakaryan da son açıqlamasında bildirib. O deyib ki, Ermənistan üçün təhlükəsizlik önəmlidir və ölkə təhlükəsizliyinin qarantı kimi KTMT-ni görür. Elə Ermənistanın iki yol ayrıcında ikən “Rus NATO”-suna üstünlük verməsi də hər şeyi deyir.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir