Cümə , 19 Aprel 2024
Drone Cameras

“Fitch Ratings”: Neft ixracatçısı ölkələr aşağı qiymətdən təsirlənir

Bəzi əsas neft ixracatçısı ölkələr hələ də “qara qızıl”ın aşağı qiymətinin təsirlərini hiss edir.

AZƏRTAC xəbər verir ki, “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir. Bildirilir ki, neftin qiymətinin geriləməyə başladığı 2014-cü ilin iyunundan bu vaxtadək təxminən 3 il keçməsinə baxmayaraq, əsas neft ixracatçısı ölkələrin bəziləri hələ də “qara qızıl”ın aşağı qiyməti ilə əlaqədar maliyyə cəhətdən əziyyət çəkir.

Açıqlamada inkişaf etməkdə olan Avropa, Yaxın Şərq və Afrika regionlarındakı 14 ixracatçı ölkənin 11-də neftin istehsal xərclərinin “qara qızıl”ın hazırki barrel qiymətindən yuxarıda olduğu vurğulanır. Sözügedən ölkələrin çoxunda xərclərin azalması, subsidiya islahatları, neftin hasilat səviyyəsinin yüksəldilməsi kimi yollarla istehsal xərclərinin keçən il azaldıldığı, lakin bu yolların aşağı neft qiymətinə görə gecikməli olaraq həyata keçirilib. Nigeriya, Anqola və Qabonda artan dövlət xərcləri səbəbindən bu ölkələrdə 2017-ci ildə büdcə tarazlığının 2015-ci ilə görə daha yüksək bir səviyyədə olacağı ehtimal edilir.

“Fitch Ratings” xam neftin qiymətinin bu il orta hesabla 52,5 dollar/barrel olacağını nəzərdə tutur.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir