Cümə , 19 Aprel 2024
Drone Cameras

Flora Kərimova Zeynəb Xanlarovadan danışdı: “Bilir ki, daha onu parlamentə seçməyəcəklər, gediş edir”

Millət vəkili Zeynəb Xanlarovanın səhhətində problem yaranması xəbərindən sonra Flora Kərimovanın bu məlumatlara münasibəti maraq doğururdu.

Boyukmillet.com xəbər verir ki, xalq artisti Flora Kərimova Cebhe.info-ya açıqlamasında Z.Xanlarovaya cansağlığı arzuladığını deyib.

Bununla belə ona olan mövqeyinin dəyişmədiyini vurğulayıb:

“Mən ikiüzlü adam deyiləm ki, bir sözü deyim, sonra o, xəstədir deyə sözümdən dönəm. Allah şəfa versin, ona qıymasın. Çünki o, anadır, nənədir, heç kimə xəstəlik, ölüm arzulamıram. Arzu edirəm ki o, özündən başqa heç kimə möhtac olmasın. Mən bir insan kimi ona bir şey olmağına qıymaram. Lakin bir müğənni, siyasət adamı kimi ona hörmətim yoxdur. Məncə o, xəstə deyil, bu, bir gedişdir.

Növbəti parlament seçkilərində onu seçməyəcəklər. İndidən elə edir ki, mən xəstəyəm, daha deputat ola bilmərəm. Biz bu biclikləri bilirik. Bəlkə mən bu dünyanı Zeynəbdən əvvəl tərk etdim. Amma önəmli olan odur ki, sən bu dünyadan gedəndə nə iz qoyub gedirsən? Sənə Allah verə-verə gözdən saldı. Nüfuzunu əlindən aldı. Sən bu millətin övladı ola bilmədin. Barmağını qatla ki, kiməsə yaxşılıq etmisən. Heç bir yaxşılıq da etməmisən”.

 

Boyukmillet.com

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir