Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

“Formula-1″in Bakı Qran-Prisinin adı dəyişdirilib

Bakıda təşkil olunan Formula 1 üzrə Avropa Qran Prisi 2017-ci ildən Azərbaycan Qran Prisi adlandırılacaq.

 

Lent.az-ın “Report”a istinadən məlumatına görə, bu barədə Beynəlxalq Avtomobil İdmanı Federasiyasının açıqladığı təqvimdə bildirilir. Həmin təqvimə əsasən, Azərbaycan Qran Prisi gələn il iyunun 18-də keçiriləcək.

21-ci dəfə baş tutacaq yarış Avstraliya Qran-prisi ilə başlayacaq. Pilotlar mövsümə martın 26-da Melburnda start verəcək. İlin son yürüşü isə Abu Dabidə olacaq. Həmin Qran-pri noyabrın 26-da keçiriləcək.

2017-ci ildə keçiriləcək Qran prilər

 

26 mart. Melburn (Avstraliya)

9 aprel. Şanxay (Çin)

16  aprel. Bəhreyn (Bəhreyn)

30. aprel. Soçi (Rusiya)

14 may. Barselona (İspaniya)

28 may. Monte Karlo (Monako)

11 iyun. Monreal (Kanada)

18 iyun. Bakı (AZƏRBAYCAN)

2 iyul. Şpilberq (Avstriya)

9 iyul. Silverstoun (Böyük Britaniya)

23 iyul. Budapeşt (Macarıstan)

30 iyul. Hokkenhaym (Almaniya)

27 avqust. Spa-Frankorşamps (Belçika)

3 sentyabr. Montsa (İtaliya)

17 sentyabr. Sepanq (Malayziya)

1 oktyabr. Sinqapur (Sinqapur)

8 oktyabr. Suzuka (Yaponiya)

22 oktyabr. Ostin (ABŞ)

5 noyabr. Mexiko (Meksika)

12 noyabr. San Paulu (Braziliya)

26 noyabr. Abu Dabi (ABŞ)

Check Also

Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı

Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir