“Rusiyanın “Taliban” hərəkatı ilə heç bir əlaqəsi yoxdur.
Ancaq humanitar məsələlərlə bağlı əlaqə kanalı var”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov bildirib.
“Siz təsəvvür etməlisiniz ki, “Taliban” hərəkatı nədir. Bu, BMT-nin sanksiya siyahısına daxil edilmiş terrorçu qruplaşmadır. Əlbəttə ki, taliblərlə heç bir əlaqəmiz yoxdur. Bizim yalnız insan hüquqları və əsrlərlə bağlı humanitar məsələlərə aid kanalımız mövcuddur”, – deyə Rusiya XİN rəhbərinin müavini qeyd edib.