Çərşənbə axşamı , 23 Aprel 2024
Drone Cameras

“Gənclər üçün fərdi inkişaf təlimlərinin yeni model texnologiyalarla (NLP, Yaşam Kouçluğu, taym-menecment, personalogiya və s.), habelə youtube, vebi-nar, skype konfransla keçirilməsi” layihəsinin yekun tədbiri keçirilib

Mirzə Ələkbər Sabir Fondu  Bakı Humanitar Kollecində  2016-cı ildə həyata keçirdiyi və Azərbaycan Respublikası Prezidentinin yanında  Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Gənclər üçün fərdi inkişaf təlimlərinin yeni model texnologiyalarla (NLP, Yaşam Kouçluğu, taym-menecment, personalogiya və s.), habelə  youtube, vebi-nar, skype konfransla keçirilməsi”nə həsr olunmuş layihəsinin  yekun tədbirini keçırdı.

Tədbirdə  Mirzə Ələkbər Sabir Fondunun  prezidenti Sevda Tahirli, Azərbaycan Respublikası Prezidentinin yanında  QHT-lərə Dövlət Dəstəyi Şurasının katibliyinin icraçı direktoru Fərasət Qurbanov,  Bakı Humanitar Kollecinın pedaqoji şöbəsinin müdiri  Əsəd İbrahimov, Kollecin tədris hissə müdiri Talıb  Zülfüyev, müəllim və tələbə heyəti iştirak edirdi.

Tədbiri giriş sözü ilə Bakı Humanitar kollecinin pedaqoji şöbəsinin müdiri  Əsəd İbrahimov açdı. O, fərdi inkiaf təlimlərinin gənclərimizin həyatında mühüm əhəmiyyətini qeyd edərək belə gözəl layihənin gerçəkləşməsində  Bakı Humanitar Kollecini seçdikləri üçün  Mirzə Ələkbər Sabir Fonduna təşəkkür etdi.

Daha sonra  söz alan  Mİrzə Ələkbər Sabir Fondunun prezidenti  Sevda Tahirli tədbir iştirakçılarını salamladı.  O, qeyd etdi ki,  şair Sabirin  maarifləndirmə  ənənəsini davam etdirmək  Fondun əsas fəaliyyət istiqamətlərindən biri olaraq  bu gün  də ciddi səylə  davam etdirilir və bu layihə Fondun bu yöndə atdığı ən  uğurlu addımlardan biri   sayıla bilər. O, həmçinin, gənclərin maarifləndirilməsi ənənəsinin Mirzə Ələkbər Sabir Fondu tərəfindən 2016-cı ildə layihə çərçivəsində uğurla davam etdirilməsində  AR Prezidentinin yanında  QHT-lərə Dövlət Dəstəyi Şurasının  maliyyələşdrdiyini vurğilayaraq  layihənin baş tutuması üçün  təşkilatı dəstək göstərən Binəqədi Bələdiyyəsinə, eləcə də Bakı Humanitar Kollecinin rəhbərliyinə də öz təşəkkürünü bildirdi.

Tədbirdə söz alan Azərbaycan Respublikası  Prezidentinin yanında  QHT-lərə Dövlət Dəstəyi Şurasının katibliyinin icraçı direktoru  Fərasət Qurbanov tədbir iştirakçılarını salamladı. O,  QHT-lər tərəfindən həyata keçırılən bu qəbildən olan layihələrin gənclərin gələcək fəaliyyətində, uğur qazana bilməsində, özünü təsdiqində necə böyük rol oynadığını yüksək dəyərləndirərək gələcəkdə də belə maairfləndirici layihələrin  həyata keçırılməsində təmsil etdiyi qurumun dəstək verməyə hazır olduğunu  bildirdi.

Bakı humanitar Kollecinin tədris hissə müdiri Talıb  Zülfüyev  çıxışı zamanı bildirdi ki, onun böyük hörmət və sevgi bəslədiyi şairin adını daşıyan   Fondun bu  layihə ilə onların tədris müəssisəsinə qonaq gəlməsi kollec rəhbərliyini çox məmnun edir və bu, alqışa layiqdi. Daha sonra o belə tədbirlərin keçırılməsinin yalnız gənclər üçün deyil, cəmiyyətdə öz yerini  tutmağa çalıçan hər kəs üçün  əhəmiyyətindən danışaraq belə tədbirlərin davamlı olaraq keçırılməsinin vacib olduğunu diqqətə çatdırdı. 

Sonda  təlim içtirakçısı olmuş tələbələrə sertifikatlar və hədiyyə olaraq  Sevda Tahirlinin  qan qrupundan asılı olaraq insanın həyat fəaliyyətinin, xarakterinin, uğurlarınını , xəstəliklərinin    necə dəyişməsi və s. həsr olunmuş “Qanımızın səsi” kitabı  hədiyyə edildi.

 Qeyd edək ki, Mirzə Ələkbər Sabir Fondu  tərəfindən   2016-cı ildə həyata keçirilən və Azərbaycan Respublikası Prezidenti yanında  QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən  maliyyələşdirilən “Gənclər üçün fərdi inkişaf təlimlərinin yeni model texnologiyalarla (NLP, Yaşam Kouçluğu, time-menecment, personalogiya və s.), habelə  youtube, vebi-nar, skype konfransla keçirilməsi” layihəsi çərçivəsində Bakı şəhərində 8 təlim, Sumqayıt və Şirvan şəhərində 2 ustad dərsi keçirilmişdir. 

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir