Cümə , 4 Oktyabr 2024
Drone Cameras

“Heydər Əliyev məndən soruşdu ki, niyə dilin ölümü haqqında düşünürsünüz?”

Sabir Rüstəmxanlı: “Bu gün dilimizlə bağlı ciddi bir təhlükə yoxdur, çünki…”

Dünən 1 avqust Ana Dili Günü kimi ölkəmzidə qeyd edildi. Bəs dilimizin hazırkı durumu nə dərəcədə qənaətbəxşdir? Dilimiz və onun sabahı ilə bağlı hər hansı təhlükə mövcuddurmu?
Moderator.az-a açıqlama verən sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
 
“Sovet dönəmindən fərqli olaraq, bu gün Azərbaycan dilinin statusu qat-qat böyükdür. Bu dil dövlət dilidir. Qanunlar bu dildə qəbul edilir. Mən Azərbaycan Dil Qurumunun başqanı kimi dilimizlə bağlı, Bakıda Azərbaycan dilinin durumu, habelə digər dillərin bu dilə təsiri, bəzi dövlət məmurlarının dilimizə sayğısızlığı ilə bağlı çox çıxışlar etmiş, çox yazılar yazmışam. Milli Məclisdə də, mətbuatda da bu cür çıxışlarım olub. Lakin biz proseslərə bir küll halında baxsaq, görərik ki, Azərbaycan dili böyüyür, qol-qanad açır, genişlənir. Bu dildə çıxan kitabların sayı-hesabı yoxdur. Dilimiz Güney Azərbaycanda da istər-istəməz öz yerini tutacaq. Türk dilində bizimlə yanaşı 80 milyonluq Türkiyə də danışır. Digər türk xalqları da var. Odur ki, bu dilin başı üzərində heç bir təhlükə dolanmır. 
VaxtiykənYazıçılar İttifaqının qurultayında çıxış edərkən bildirmişdim ki, dilimizlə bağlı bəzi təhlıükələr var. Mən bu qurultayda ən cavan yazıçılardan bjiri kimi çıxış edərək dedim ki, dilə niyə sayğı yoxdur? Bildirdim ki, bu dil ölməz dildir. Bu dil min ildə öz lüğət tərkibinin cəmi 10%-ni dəyişib.  O vaxt bu qurultayda iştirak edən mərhum prezident Heydər Əliyev bildirdi ki, siz niyə bu dilin ölümünü düşünürsünüz? Mənsə dedim ki, biz bu dilin ölümünü düşünmürük. Lakin fabriklərə, zavodlara gedirik, görürük ki, fəhlələrin 90/100-nu türkdür, amma bir dənə olsun türk sözü yazılmayıb. Hətta müdürün kabinetinin divarlarında belə bir dənə türk sözü yoxdur. Onda H.Əliyev dedi ki, düz deyirsiniz. Dilə belə biganə münasibət var. Bu bizi narahat edir və biz bununla məşğul olmalıyıq. Bu məsələ səhv etmirəmsə, 1981-ci ildə olmuşdu. O vaxt dillə bağlı təhlükə var idi. Lakin o zaman da dili qorumaq uğrunda mübarizə gedirdi. Dilimizi qorumaq üçün çalışırdıq. Bu günsə vəziyyət müqayisəedilməz dərəcədə yaxşıdır və hesab edirəm ki, dilin taleyi ilə bağlı ciddi narahatlıq üçün əsas yoxdur”. 

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir