Bazar , 3 Noyabr 2024
Drone Cameras

“Qarabağ” qalib gəldi, pley-ofda oynamaq hüququ qazandı – VİDEOLAR

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün keçiriləcək “Şerif” – “Qarabağ” matçı üçün heyətlər açıqlanıb.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

“Şerif”: 1. Zvonimir Mikuliç, 4. Petru Raku, 6. Viktor Oliveyra, 8. Ceremi De Noyer, 15. Kristiano da Silva, 20. Kirill Bayala, 30. Yosip Brezoveç, 39. Ziquy Badibanqa, 55. Mateo Suşiç, 90. Vyaçeslav Posmak, 99. Vitalie Damaşkan

Ehtiyat oyunçular: 25. Sergey Yuriç, 3. İon Yardan, 9. Stefan Muqoşa, 14. Benjamin Balima, 18. George Anton, 32. Yevgeni Oansea, 37. Vitalie Bordian

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Donald Gerrye, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 52. Yakup Jezniçak, 91. Coşqun Diniyev

***

Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Qol.az-ın məlumatına görə, ilk oyun gününün yeganə qarşılaşmasında Azərbaycan çempionu “Qarabağ” meydana çıxıb.

Ağdam təmsilçisi səfərdə Moldovanın “Şerif” klubu ilə qarşılaşır. Bakıda keçirilən matçda qolsuz heç-heçə qeydə alındığından hər iki komandanın mərhələ keçmək şansı var.

Qeyd edək ki, “Qarabağ” mərhələni keçəcəyi təqdirdə Azərbaycan futbolunda yeni tarix yazacaq. Çünki indiyədək heç bir klubumuz Çempionlar Liqasının pley-off mərhələsinə yüksələ bilməyib. Qurban Qurbanovun komandası isə son üç mövsümdə “Zalsburq”, “Seltik” və “Viktoriya” səddində ilişib.

***

İlk hissəyə əlavə olunmuş vaxtda “Qarabağ” hesabı açıb. Qolun müəllifi Dina Ndolvu ilk qolu “Şerif”in qapısından keçirib: 1-0. Komandalar fasiləyə bu hesabla yollanıb.

Oyunun bitməsinə bir neçə dəqiqə qalmış “Qarabağ” hesabı artırıb, Mişel Madera başıyla gözəl qol vurub. Son dəqiqələrdə “Şerif” qollardan birinin əvəzini çıxa bilib.

Bununla da “Qarabağ” Çempionlar Liqasının pley-of mərhələsində oynamaq hüququ qazanıb.

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir