Cümə axşamı , 18 Aprel 2024
Drone Cameras

Hikmət Babaoğlu: “Prezidentlərin bəyannaməsi tarixi sənəddir”

“Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası prezidentlərinin bəyannaməsinin təsdiq edilməsi haqqında” sənəd olduqca tarixi sənəddir. Bəyənnamədə Azərbaycanın  son 200 illik tarixində ilk dəfədir ki, qonşu ölkələrlə bərabər hüquqlu, qarşılıqlı hörmətə söykənən əməkdaşlıq məsələləri öz əksini tapıb”. SİA-nın xəbərinə görə, bunu millət vəkili Hikmət Babaoğlu Milli Məclisin bugünkü plenar iclasında çıxış edərkən deyib.

Millət vəkilinin sözlərinə görə, sözügedən bəyənnamə Azərbaycan prezidentinin regionda yaratdığı yeni şərtlərin nəticəsi olaraq meydana çıxıb.

Xəzər dənizinin dibinin bölünməsi ilə bağlı irəliləyişlərin olduğunu deyən millət vəkili söyləyib ki, bəyənnamə məsələnin həllində önəmlidir: “Artıq bu yaxınlarda da bəyan edildi ki, Xəzərin dibinin bölüşdürülməsi ilə bağlı tərəflər razılığa gəlib. Bu gün sözügedən sənədin qəbulu Xəzərlə bağlı məsələlərin həllində böyük əhəmiyyətə malik olacaq. Bundan əlavə, sənəddə terrorizmlə mübarizə məsələləri, Xəzər dənizinin sülh dənizi olması, eləcə də Azərbaycan, İran və Rusiyanın enerji təhlükəsizlik məsələlərində bərabər addımlar atması yer alıb ki, bu da ölkəmizin millli maraqlarına cavab verir.  Bu baxımdan bəyannamə siyasi mövzu etibarı ilə mühümdür”.

Xatırladaq ki, 2016-cı il avqustun 8-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhaninin üçtərəfli görüşü keçirilmişdi. Həmin görüşün yekununda bəyənnamə imzalanmışdı.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir