Çərşənbə , 25 Noyabr 2026
Drone Cameras

İspaniyanın məşhur idman nəşri Azərbaycan xalqından üzr istəyib

İspaniyanın məşhur idman nəşri “Mundo Deportivo” Azərbaycanın “Qarabağ” futbol komandası ilə bağlı yol verdiyi yanlışlığı aradan qaldırıb.

“Report”un məlumatına görə, qəzetin internet səhifəsində “Atletiko Madrid” komandasının futbolçusu Yannik Karrasko haqqında dərc ediən məqalədə “Qarabağ” futbol klubu səhvən erməni klubu kimi təqdim olunub.

Azərbaycanın İspaniyadakı səfirliyinin müdaxiləsi nəticəsində nəşrin redaksiya heyəti yol verilən səhvə görə üzrxahlıq edib, sözügedən yazıdan həmin hissə çıxarılıb. Yazıya “Qarabağ” futbol klubunun Azərbaycana məxsus olması barədə məlumat əlavə olunub. 

Check Also

Şimali Koreya İsveçrə diplomatını ölkədən çıxarır

Şimali Koreya İsveçrənin Pxenyandakı diplomatik nümayəndəliyinin əməkdaşını arzuolunmaz şəxs elan edərək 48 saat ərzində ölkəni …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir