Çərşənbə , 1 Fevral 2023

İstanbulda Türk Şurasının iqtisadiyyat nazirlərinin iclası işə başlayıb

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 7-ci iclası işə başlayıb. Toplantıda Azərbaycanı iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Boyukmillet.com azertac-a istinadən xəbər verir ki, Türkiyənin İqtisadiyyat Nazirliyinin ev sahibliyi ilə keçirilən iclasda Türk Şurasına üzv ölkələr arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsinə dair aktual məsələlər müzakirə edilir. Gündəliyə ticarət əlaqələrinin artırılması, ortaq sərmayə qoyuluşuna dair imkanların araşdırılması, birgə iqtisadi layihələrə dair təkliflər və s. məsələlər daxildir.

İclasda Türk Şurasının baş katibi Ramil Həsənov, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci, Qazaxıstanın milli iqtisadiyyat nazirinin müavini Baurzhan Bekishev, Qırğızıstanın iqtisadiyyat nazirinin birinci müavini Daniyar İmanaliyev və Özbəkistanın iqtisadiyyat nazirinin birinci müavini Sanutalla Bekenov çıxış ediblər.

Natiqlər türkdilli ölkələrin yerləşdikləri coğrafi ərazilərin geosiyasi əhəmiyyəti, bu yerlərin beynəlxalq yükdaşımada yeri və rolu, təbii zənginlik, fəaliyyət göstərən və həyata keçirilməkdə olan beynəlxalq iqtisadi layihələr, iqtisadi yüksəlişi dinamik həddə gətirmək üçün digər imkanlara dair fikir və mülahizələrini bölüşüblər.

 

Boyukmillet.com

Check Also

Kamran Əliyev Münhenin Baş prokuroruna terrorçuluğa qarşı mübarizə fəaliyyəti barədə məlumat verib

Baş prokuror Kamran Əliyev Almaniyanın Münhen şəhərinin Baş prokuroru Reinhald Röttlenə terrorçuluğa qarşı mübarizədə fəaliyyəti …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir