Cümə , 26 Aprel 2024
Drone Cameras

Jurnalist Xədicə İsmayılın şikayəti əsasında məhkəmə başlayıb

Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılın onun barəsində Cinayət Məcəlləsinin (CM) 192.2.2-ci (qanunsuz sahibkarlıq) maddəsinə xitam verilməsi ilə bağlı şikayət ərizəsi üzrə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə X.İsmayılın anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası oktyabrın 8-nə təyin edilib.

Qeyd edək ki, 2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Ali Məhkəmə 25 may 2016-cı il tarixli qərarı ilə mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə jurnalistə bəraət verib və o, 3 il 6 ay şərti cəza ilə həbsdən buraxılıb.

Daha sonra X.İsmayıl onun barəsində CM-nin 192.2.2-ci (qanunsuz sahibkarlıq) maddəsinə xitam verilməsi ilə bağlı şikayət ərizəsi verib. Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistin üzərindəki şərti cəzanın müddəti 3 il 6 aydan 2 il 3 aya endirilib. Həmin qərardan narazı qalan X.İsmayılın müdafiəçisi Fariz Namazlı apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir