Bazar , 19 May 2024
Drone Cameras

Kərkük bu gün – Kürd və türkmən icmaları arasında uçurum dərinləşir

Sentybarın 29-dan etibarən Türkiyə İraq Kürdüstanı ilə sərhəd xəttini bağlayacağını, İraq rəsmiləri regiona qoşun yeridəcəyini ealan ediblər. BMT-nin Ərbildəki ofisi isə təcili şəkildə öz əməkdaşlarını bölgədən evakuasiya edir.

İraq kürdlərinin müstəqilliklə bağlı keçirdiyi referendum mübahisəli Kərkük vilayətində peşmərgələr və hökumət qoşunları arasında toqquşmalara gətirib çıxara bilər.

İraq Kürdüstanı sentybarın 25-də keçirilən referendumun nəticələrini 2 gün sonra elan etdi. Referendum üzrə ali komissiyanın nəticələri elan etməsindən sonra Türkiyə, İraq və İranın qəzəbli açıqlamaları başladı. 

Bölgənin müstəqilliyinə 93% seçici səs verib. Ümumilikdə isə, səsverməyə 3,4 milyon seçici qatılmışdı.

Kürdlər seçki məntəqələrini yalnız Kürdüstan muxtariyyətinin tanınan sərhədlərində deyil, həmçinin mübahisəli və çoxmillətli bölgələrdə də gerçəkləşdirib.

Yezidi kürdlərinin Şanqal anklavı, Alkoş, Tel-Keyf və Başika kimi xristian şəhərləri, həmçinin çoxlu türkmən və ərəbin yaşadığı Kərkük şəhəri belə ərazilərdən sayılır. Rəsmi Bağdad bu əraziləri özünkü sayır və kürdlərin hərbi müdaxilə yolu ilə ələ keçirdiyini iddia edir.

Boyukmillet.com Modern.az-a istinadən xəbər verir ki, bir qrup rusiyalı journalist Kərkükə səfər edərək referendymdan sonra buradakı ab-havanı öyrənməyə çalışıb.

“Ən mübahisəli məsələ isə zəngin neft yataqlarının yerləşdiyi Kərkük vilayəti və onun eyniadlı mərkəzi şəhəri ilə bağlıdır. Referendumun nəticələri elan olunduqdan sonra İraq parlamenti sentybarın 29-da regiona hərbçilər göndərməklə bağlı qərar vermişdi.

 

Mümkün hərbi toqquşmalar yerli sakinləri qorxutsa da, Kərkükün kürd. Türkmən və ərəb məhəllərində sakitlik hökm sürür. Yerli icmalar bir-birinə etibar etməsə də, şəhərdə silahlı toqquşmaların olması ehtimalı aşağı qiymətləndirilir.

 

Şəhərin türkmən məhəlləsində təhlükəsizliyi İraq federal polisi və yerli türkmən qruplaşmaları qoruyur. Məhəllədə türkmənlətin ağ-mavi rəmgli bayrağı dalğalanır.

“Bizim hökumətimiz Ərbildə deyil, Bağdadda yerləşir. Vahid İraqın tərkibində yaşamq istəyirik” de-yə türkəmn məhəlləsinin sakini Mərvan deyir.

 

Kərkükün ərəb məhəlləsində də vəziyyət sakitdir. Burada təhlükəsizliyi İraq polisi və şiə mücahidləri qoruyur. İraq bayrağı yerinə şəhərin bu səmtində İmam Əli və digər şiə müqəddəslərinin şəkilləri asılıb.

 

Hazırda YUNESKO-nun dünya mədəniyyət iris siyahısına saldığı Kərkük qalası kürd peşmərgələri tərəfindən boşaldılıb. Əvvəllər girişi qadağan olunan qalaya indi pulsuz daxil olmaq mümkündür.

 

Türkmən və ərəblərdən fərqli olaraq, kürd sakinləri şəhərin təhlükə içində olduğunu və adam oğurluğunun geniş vüsət almasından şikayətlənirlər.

“Peşmərgələr olmadan şəhərdə gəzmək təhlükəlidir. İŞİD-in bütün hücumları Kərkükün türkmən və ərəb məhəllələrindən başlayırdı. Burda ehtiyatlı olmaq lazımdır” – deyə Mahmud adlı yerli kürd döyüşçsü danışır.

 

Ümumilkdə, kürd, türkmən və ərəb icmaları arasında gizli düşmənçilik olmasına baxmayaraq, Kərkükdə sakitlik hökm sürür və silahlı qarşıdurmalar baş vermir. Hər kəs İraq ordusunun yaxın günlərdə hansı addım atacğını gözləyir”.

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir