Cümə , 29 Mart 2024
Drone Cameras

“KİV və Diplomatiya mərkəzi” İctimai Birliyi Qırğızıstan Ədliyyə nazirliyində rəsmi dövlət qeydiyyatından keçib

“KİV və Diplomatiya mərkəzi” ictimai birliyi Qırğızıstan Ədliyyə nazirliyində rəsmi dövlət qeydiyyatından keçib şəhadətnamə almışdır.
Birliyin sədri Nüsrət Məmmədov seçilmişdir və onun boyukmillet.com-a verdiyi məlumata əsasən, birliyin əsas məqsədi Azərbaycan və qeyri türkdilli xalqların mədəniyyətini, dövlətçiliyini və bərabərhüquqlu siyasi xətti ilə yanaşı, dünya mətbuatı üzərindən separatizmə qarşı təbliğat aparmaqdır.
Dünyada baş verən hadisələrə Azərbaycan və qeyri türkdilli xalqların siyasətçilərinin fikrlərinin yalnız öz mediasında deyil, o cümlədən qlobal problemlərin həllində də onların fikir və təkliflərinin dünya mətbuatında təbliğatının aparılması;
Qlobal mövzularda beynəlxalq tədbirlərin keçirilməsi və beynəlxalq tədbirlədə separatizmin ifşa edilməsi;
Beynəlxalq qeyri hökümət və dövlətlərarası təşkilatlarla əlaqələrin qurulması və birgə layihələrin keçirilməsi;
Birliyinin məqsədlərinə uyğun olaraq, ölkə daxilində və xaricdə təhsil, səhiyyə, idman, ekologiya və digər vacib sahələrdə əlaqələrin qurulması ilə bağlı qlobal layihələrin həyata keçirilməsi;
Xarici KİV-lərdə çalışan xarici, professional jurnalistlərin ölkələrimizdə ödənişsiz “master klass”ların təşkil etdilməsi;
Sağlam və təhlükəsiz həyat naminə həyata keçirilən fəaliyyətlərin dəstəklənməsi və stimullaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi;
Dünya mediasına çıxışı təmin etməklə, mütəmadi jurnalistlərin təcrübə proqramı çərçivəsində treninqlərdə iştirakının təmin olunması.
Jurnalistlərin Avropaya müxtəlif mədəni tədbirlərlə inteqrasiyasi
Jurnalistlərin hər sahədə ayrı-ayrılıqda uğurlarının genişləndirib, inkişaf etdilməsi
Gənc jurnalislərdə dövlətçilik hisslərinin aşılanması
Birlik Azərbaycan və qeyri türkdilli Dövlətlərinin Konstitusiyası və qanunları ilə qadağan edilməyən digər fəaliyyətlə də məşğul ola bilər.
Birlik Azərbaycan və qeyri türkdilli Dövlətlərin prezidentinin, Azərbaycan və qeyri türkdilli Dövlətlərin Parlamentlərinin və bələdiyyələrin seçkilərində iştirak etmək hüququna malikdir.
İctimai birlik bütün dövlət qurumları ilə və dünya Azərbaycan diaspora təşkilatları ilə əməkdaşlıq etməyə hazırdır və həmin dövlət qurumlarının təkliflərini gözləyir.
“KİV və Diplomatiya mərkəzi” ictimai birliyinin bütün türkdilli dövlətlərdə filiallarının açılması nəzədə tutulur.

 boyukmillet.com

 

 

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir