Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Kiyevdə partlayış – Deputata qarşı sui-qəsd

Ukraynanın paytaxtı Kiyevdə partlayış qeydə alınıb.

Boyukmillet.com-un xarici KİV-lərə istinadən xəbər verir ki, partlayış nəticəsində “Radikal” partiyasından olan millət vəkili İqor Mosiyçuk yaralanıb.

Deputatın rəsmi “facebook” səhifəsində yayılan məlumata görə, millət vəkilinə qarşı hücum təşkil edilib. Belə ki, partlayış İqor Mosiyçukun “Espresso” telekanalının binasından çıxarkən baş verib. Onun xəstəxanaya çatdırıldığı bildirilir.

Ukrayna Daxili İşlər nazirinin müavini Anton Geraşenkonun verdiyi məlumata görə, partlayış zamanı 1 nəfər ölüb. Bundan başqa o, Mosiyçukla birlikdə 3 nəfərin xəstəxanaya yerləşdirildiyini qeyd edib.

Check Also

Aİ-də miqrasiya “BOMBASI” – Miqrantlar DƏRHAL DEPORT OLUNACAQ!

Avropa İttifaqının (Aİ) uzun illər tətbiq etdiyi Dublin III mexanizmi faktiki olaraq tarixə qovuşur. 2024-cü …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir