Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Kulinarlarımızın növbəti uğuru

Fevralın 9-da Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçılığı ilə kulinarlarımızın İsveçrə və Türkiyədə qazandıqları uğurlara həsr edilmiş mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, AMKA-nın prezidenti Tahir Əmiraslanov İsveçrənin Sankt Moritz şəhərində 33-cü Qar Polosu üzrə Dünya Kuboku çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın tarixi, mədəniyyəti və mətbəxinin təqdim olunduğunu bildirib.

T.Əmiraslanov yarışların ikinci günündə qonaqlar üçün təşkil olunan “Baku Moritz” gecəsində Azərbaycan Kulinariya Mərkəzi tərəfindən hazırlanan milli mətbəx nümunələrimizin, eləcə də Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının iştirakı ilə musiqi proqramının təqdim olunduğunu və böyük rəğbətlə qarşılandığını söyləyib.

Sonra Tahir Əmiraslanov fevralın 2-dən 5-dək İstanbulda keçirilən XV Beynəlxalq Mətbəx Festivalında komandamızın iştirakından danışıb. Bildirilib ki, festivalda 27 ölkədən gəlmiş 1800 aşpaz 70 kateqoriyada yarışıb. Komanda və şəxsi yarışlarda kulinarlarımız 7 qızıl, 3 gümüş, 5 bürünc medal və fərqlənmə diplomları qazanıblar.

Kulinarlarımızın uğurlu çıxışlarının komandaya böyük sevinc bəxş etdiyini bildirən T.Əmiraslanov yarışların çoxunda gənclərin iştirak etdiklərini söyləyib.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir