Şənbə , 20 Aprel 2024
Drone Cameras

Masallıda 25 yaşlı ana iki uşağını ataraq evdən qaçdı

Masallı rayonunda iki uşaq anası övladlarını ataraq evdən qaçıb. Artıq 4 gündür ki, valideynlər qızlarından bixəbərdirlər. “Xəzər TV” xəbər verir ki, rayonun Böyük Təklə kənd sakini 25 yaşlı Yeganə Məmmədova yanvarın 11-də məktub yazaraq evi tərk edib.

Valideynlərinin sözlərinə görə, Yeganə Məmmədova 2010-cu ildə həmin kənd sakini Mehdi Məmmədov ilə ailə həyatı qurub. Lakin onların ailəlikləri uğurlu olmayıb və 2013-cü ildə ayrılıblar. O vaxtdan qızları ilə birgə atasının evində yaşayan Yeganə evdən gedərkən məktub yazıb. Yazdığı məktubda isə valideyinlərinə layiqli övlad olmadığını səbəb gətirərək, evi tərk etdiyini bildirib. Ailəsinin aldığı ilkin məlumata görə, o, Bakı şəhərinə üz tutub.

Atasının sözlərinə görə, hələ də qızlarının niyə belə addım atdığını bilmirlər. Deyir ki, bu günə kimi evlərində nə dava olub, nədə söz-söhbət.

Filqət Abbasovun əldə etdiyi son məlumata əsasən, Yeganənin getdiyi maşına Biləsuvar rayonunda daha bir qadın minib. Yeganə Məmmədova ilk öncə sürücüyə Bakının Əhmədli qəsəbəsinə gedəcəyini bildirsə də, amma həmin qadınla birgə “20 Yanvar” ərazisində düşüb. Bu Yeganə Məmmədovanın hansı istiqamətə getdiyi haqqda əldə olunan son məlumatdır.

Faktla bağlı Daxili İşlər Nazirliyinin 102 çağrı mərkəzinə məlumat verilib. Araşdırma aparılır.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir