Bazar ertəsi , 14 Oktyabr 2024
Drone Cameras

“Meydan TV” rəhbərindən müxalifət liderlərinə demokratiya dərsi

“Emin Millinin “Meydan TV”-nin rəhbərliyindən istefa verməsinə sıradan bir hadisə kimi baxmamalıyıq. Bu istefa hadisəsi əslində cəmiyyətimizə və siyasilərimizə bir neçə müstəvidə çox ciddi mesajlar verməsi ilə diqqət çəkir”. “OLAYLAR” xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib: “Sosial şəbəkədə “Əlvida Meydan TV!” adlı yazı ilə çıxış edən E.Milli bildirib ki, hər bir liderin ən böyük uğuru vaxtında vəzifəsindən getməkdir və arxasında elə bir komanda qoymaqdır ki, o komandanın artıq sənə ehtiyacı olmasın və onlar sənsiz də işləri davam etdirə bilsinlər, daha da uğurlu olsunlar”. Məncə, Emin bəyin bu mesajı təkcə KİV rəhbərlərinə yox, həm də siyasətçilərə, siyasi partiya liderlərinə ünvanlanıb. Söhbət xüsusən də E.Millinin son açıqlamalarından, mövqe dəyişmələrindən narazılıq ifadə edən müxalifət partiyalarından və onların liderlərindən gedir. 15-20 il davamlı şəkildə partiya sədri postlarında oturan və qocalan müxalifət liderləri yəqin ki, E.Millinin bu açıqlamasından şok yaşayıblar. “Meydan TV” rəhbəri bu jesti ilə müxalifət liderlərinə gerçəkdən də bir demokratiya dərsi keçdi”.

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir