Şənbə , 7 Sentyabr 2024
Drone Cameras

Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibətilə poçt markası buraxılıb

“Azərmarka” MMC Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibətilə poçt markasını dövriyyəyə buraxıb.

Boyukmillet.com-ın MMC-yə istinadən verdiyi məlumata görə, poçt markasının ölçüsü: 37×52 mm, tiraji isə 100 min nüsxə təşkil edir. Layihə rəssam Vüqar Əyyubova məxsusdur.

Şair Mikayıl Müşfiqə həsr olunan poçt markası “Bobruisk Integrated Printing House” çap evində işiq üzü görüb.

Mikayıl Müşfiq Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), “Azərnəşr”in redaktoru olub. Müşfiqin Azərbaycan poeziyasının inkişafında rolu danılmazdır. O, şeirlərində sevgi və gözəlliyi tərənnüm edir, sosial və mədəni məsələləri daim işiqlandırırdı. Hazırda Müşfiqin yaradıcılığına Rusiya Milli Kitabxanası, Rusiya Dövlət Kitabxanası, ABŞ Konqres Kitabxanası, Belarus Milli Kitabxanası, Türkiyə Milli Kitabxanası, Estoniya Milli Kitabxanası kimi dünya kitabxanalarında rast gəlmək olar.

2018-ci ilin mayında Azərbaycan Prezidenti İlham Əliyev Mikayıl Müşfiqin 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Xatırladaq ki, 2008-ci ildə Mikayıl Müşfiqin anadan olmasının 100 illiyi münasibətilə də poçt markası dövriyyəyə buraxılıb.

Check Also

“Əsl millət vəkili necə olmalıdır, istəyirəm onu millətə təqdim edim” – Cahandar Bayoğlu ilə VİDEOMÜSAHİBƏ

22 saylı Nəsimi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Cahandar Cahandaroğlu (Bayoğlu) “Meşə” parkında seçiciləri ilə görüşüb.Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir