Cümə , 19 Aprel 2024
Drone Cameras

Millimiz San Marino komandasını darmadağın etdi – 5:1 – FOTOLAR

Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında C qrupunda növbəti oyunlar keçirilir.

Boyukmillet.com.com xəbər verir ki, VIII tur çərçivəsində 3 qarşılaşma baş tutacaq. Bu gün ilk olaraq Azərbaycan millisi San Marino yığması ilə qarşılaşıb.  

Ardıcıl dörd məğlubiyyət alan Robert Prosineçkinin yetirmələri uğursuzluq zolağından çıxmaq üçün bu matçda əlindən gələni ediblər.  

Komandamız cırtdan ölkə təmsilçisi üzərində 5-1 hesablı qələbə qazanaraq, tarixinin rekorduna imza atıb. Belə ki, millimiz indiyədək heç vaxt bir seçmə mərhələdə 10 xal toplamayıb. Bununla, keçirdiyi ilk üç oyunda 7 xal qazanan, ardınca dörd dəfə məğlubiyyətə üzülən yığmamız 4 il əvvəl imza atdığı rekordu kölgədə qoyub.  

5-1 hesablı qələbə, millimizə birdən birə 3-cü sıraya yüksəlmək şansı qazandırıb. Belə ki, bizimlə eyni xala malik olan Norveç yığması qrup lideri Almaniya ilə, üçüncü pillənin hazırkı sahibi Çexiya isə ikincilik üçün savaşan Şimali İrlandiya ilə qarşılaşdığından bu irəliləyişin reallaşması ehtimalı mümkündür.

Əgər Almaniya və Şimali İralndiya komandaları bu gecə qalib gəlsələr, millimiz 10 xalla 3-cü pillədə qərarlaşacaq.

Qeyd edək ki, Azərbayan – San Marino matçı sentyabrın 4-də saat 20:00-da start götürəcək.

DÇ-2018 seçmə mərhələsi

C qrupu

VIII tur

4 sentyabr 

Azərbaycan – San Marino – 5:1

Qollar: Əfran İsmayılov, 20, 57, Araz Abdullayev, 25, Cevoli, 71 (öz qapısına), Rəşad Sadıqov, 81 – Palazzi, 74

Baş hakim: Nikola Dabanoviç

Baş hakimin köməkçiləri: Milutin Djukiç, Yovitsa Tatar

Dördüncü hakim: Pavle Radovanoviç (hamısı Monteneqro)

Hakim-inspektor: Kay Osterqard (Danimarka)

Komissar: Oljas Abrayev (Qazaxıstan)

Bakı. 8-ci km stadionu

Azərbaycan: 23. Səlahət Ağayev, 3. Məhəmməd Mirzəbəyov, 7. Araz Abdullayev, 11. Ramil Şeydayev, 13. Təmkin Xəlilzadə, 14. Rəşad Sadıqov, 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 21. Tərlan Quliyev, 22. Əfran İsmayılov

Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 12. Anar Nəzirov, 2. Qara Qarayev, 4. Pavlo Paşayev, 5. Ürfan Abbasov, 8. Renat Dadaşov, 9. Namiq Ələsgərov, 10. Ruslan Qurbanov, 15. Ruslan Abışov, 17. Mahir Mədətov, 18. Ağabala Ramazanov

Baş məşqçi: Robert Prosineçki

San Marino: 1. Aldo Simonçini, 2. Davide Sezarini, 3. Andrea Qrandoni, 4. Miçel Cevoni, 6. Mirko Palazzi, 7. Aleks Qasperoni, 11. Alessandro Qoluniççi, 13. Alessandro Della Valle, 14. Miçel Servelini, 16. Danilo Rinaldi, 17. Fabio Tomassini

Ehtiyat oyunçular: 12. Ciakomo Muraççini, 23. Mattia Manzaroli, 5. Fabio Vitaioli, 8. Miçel Battistini, 9. Mattia Stefanelli, 10. Maykol Berretti, 15. Kristian Brolli, 18. Marko Bernardi, 19. Luka Tosi, 20. Joze Hirş

Baş məşqçi: Pyerancelo Manzarolli

 

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir