Cümə , 26 Aprel 2024
Drone Cameras

Minskdə Azərbaycan mədəniyyət bayramı keçiriləcək

Oktyabrın 1-də Minskdə Azərbaycan mədəniyyət bayramı keçiriləcək.

“Report” “Belnovosti” portalına istinadən xəbər verir ki, tədbirin təşkilatçıları Belarusda Azərbaycan İcmaları Konqresi, Milli Mədəniyyətlərin Respublika Mərkəzi və Minsk Şəhər İcraiyyə Komitəsidir.

Tədbirin təşkilatçılarının sözlərinə görə, Minskin qonaqları və sakinlərini zəngin mədəniyyət və əyləncə proqramı gözləyir. Belə ki, “Sarı gəlin”, “Qafqazın əfsanələri” rəqs qrupları izləyənləri Azərbaycan ənənələri ilə tanış edəcək. Bundan əlavə, müğənnilər Günəş, Şir, Ruslan Aslanov, Hollandiyadan olan xüsusi qonaq Elcan Rzayev çıxış edəcək.

Milli idman növü olan güləş üzrə səhnələşdirilmiş döyüşlər nümayiş olunacaq. Arzu edənlərin hər biri ənənəvi Azərbaycan yeməklərindən – kabab, plov, şirniyyatdan dada biləcək.

Tədbir çərçivəsində Azərbaycanla bağlı sərgi-satış keçiriləcək və hər kəs özü üçün suvenir almaq imkanına malik olacaq.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir