Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

Şəmkir sakini döyüldükdən bir gün sonra ölüb

Şəmkir sakini döyülərək öldürülüb. 

Daxili İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, sentyabrın 25-də Şəmkir rayonunun Keçili kəndindən kənd sakini Qabil Qarayev boyun fəqərələrinin sınığı ilə xəstəxanaya gətirilib. Q.Qarayev ehtiyatsızlığı nəticəsində yıxılmasını bildirib və ona tibbi yardım göstərildikdən sonra evə buraxılıb. O, sentyabrın 26-da evində ölüb. 

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı Q.Qarayevin yaşadığı kənd ərazisində keçirilən toyda həmkəndlisi Seymur Əlövsətli tərəfindən döyülməsi müəyyən edilib və həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə S.Əlövsətli tutulub.

Check Also

Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı

Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir