Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Müxalifətdən hakimiyyətə işləyənlər… – YAP-çı deputatdan AÇIQLAMA

“Müxalifət sosial bazasını genişləndirə bilməyəndə, seçiklərdə məğlub olanda zəifliyinin səbəbini axtarmağa başlayır

Ancaq Azərbaycandakı müxalifət bu tandemi özündə deyil, kənarda görür. Xaricdə belə hallar baş verən zaman siyasi pariyanın rəhbərliyi istefa verir və ya qələbə qazanmayan siyasi partiya fəaliyyətini dayandırır. Azərbaycanda isə müxalifət uğursuzluqda ya iqtidarı günahlandırılar ya da bir-birilərini ittiham edirlər. Müxalifətdən kiminsə iqtidara işləməsi ilə bağlı məlumatları daim mətbuatda oxuyuruq”.

Bunu deputat, hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə açıqlamasında deyib.

YAP-çı deputat bildirib ki, bu gün müxalifətdən kiminsə iqtidara işləməsinə ehtiyac yoxdur.

“YAP öz fəaliyyətini elə qurub ki, bu gün cəmiyyətin böyük bir hissəsi Heydər Əliyev siyasi kursunu dəstəkləyir, Prezident İlham Əliyevin nüfuzu həddindən artıq yüksəkdir, insanların dövlətə və gələcəyinə inamı artır. Bizim gücümüz cəmiyyətin bizə verdiyi dəstəkdədir. Bu dəstək isə on milyonluq cəmiyyətin mütləq əksəriyyətinin dəstəyidir. Belə olan halda siyasi fəaliyyəti uğursuzluqlarla zəngin olan və siyasi prinsipləri daim məğlubiyyətə uğrayan insanların dəstəyinə bizim ehtiyacımız yoxdur. Hər hansı bir müxalifətçinin iqtidara açıq və ya gizli dəstək verməsinə də ehtiyac yoxdur”. 

A.Mirzəzadə qeyd edib ki, müxalifət keyfiyyətcə dəyişməlidir və konstruktiv olmalıdır.

“Problemlərin həllinə dair özünün proqramını elan etməlidir. Eyni zamanda, nüfuzdan düşmüş insanlardan azad olmalıdır. Ən əsası isə xaricdəki müəyyən dairələrin Azərbaycandakı “5-ci kolon”u olmaq missiyasından uzaq durmalıdır. Ümumilikdə götürsək, reallıqla hesablaşan siyasi partiya hər zaman qalib gəlir. YAP-ın tarixi bunu bir daha sübut edir”.(palitika.az)

 
Boyukmillet.com

 

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir