Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Nabranda atışma – Yaralılar var

Xaçmaz rayonunun Nabran kəndində dava zamanı bıçaqlanma və güllələnmə faktı baş verib.

Boyukmillet.com xəbər verir ki, rayonun Şimali kənd sakini 45 yaşlı Ramik Rüstəmovla Cami Zalov arasında baş verən mübahisə əlbəyaxa davaya çevrilib. Bu zaman onlar bir-birlərinə bıçaq xəsarətləri yetiriblər, eyni zamanda Cami Zalov Ramik Rüstəmovun ayağına silahdan atəş açıb, nəticədə o, güllə yarası alıb.
Hadisə zamanı dalaşan şəxsləri ayırmağa çalışan Yalama kənd sakini Şöhrət Şıxmətov da bıçaq xəsarəti alıb.

Ramik Rüstəmov və Şöhrət Şıxmətova Xaçmaz rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib.

Cami Zalovun hadisə yerindən qaçdığı bildirilir. Hazırda onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …