NATO-nun Norveçdə keçirdiyi “Trident Javelin-2017” təlimində Türkiyəyə qarşı edilən təhqiramiz davranışın əks-sədası hələ də davam edir. Məsələ araşdırılır, üzrxahlıqlar isə ard-arda gəlməyə davam edir.
Bir neçə gün əvvəl NATO təlimində Atatürk düşmən liderlər arasında göstərilmiş, prezident Rəcəb Tayyib Ərdoğanın da adına saxta səhifə açılaraq “düşmənlə əməkdaşlıq edən” şəxs kimi göstərilmişdi.
Hadisə mətbuata “Türk zabitlərin diqqəti sayəsində aşkara çıxarılıb” şəklində çatdırılmışdı, ancaq həmin zabitlərin kim olmaları barədə məlumat verilməmişdi. “Habertürk”ün yazarı Murad Bardakçı həmin zabitin Türkiyə Hərbi Dəniz Qüvvələrində xidmət edən türk qızı, mayor Ebru Nilhan Bozkurt olduğunu ortaya çıxarıb.
Mayor Bozkurt bir neçə il əvvəl FETÖ tərəfindən əziyyətlər verilmiş, haqqında cinayət işi açılmış bir zabitdir. Kapitan rütbəsində olduğu illərdə dövlətin gizli sənədlərini ələ keçirmək, bəzi təyyarələrin fotosunu çəkmək kimi ittihamlarla FETÖ üzvlərinin “Hərbi casusluq və şantaj işi”ndə müttəhim kimi təqdim edilmiş, 5 il 10 ay həbs cəzasına məhkum edilmişdi. 43 şəxs haqqında çıxarılan həbs və bəraət qərarlarının 7 dekabr 2013-cü ildə təsdiq olunması ilə bağlı haqqında həbs qərarı çıxarılmadan əvvəl ölkəni tərk etdiyi iddia edilmişdi.
Konstitusiya Məhkəməsinin ittiham olunan zabitlərə bəraət verməsindən sonra türk zabit vəzifəsinə geri qayıtmış, kapitan rütbəsinin vaxtı bitdikdən sonra mayor rütbəsi almış, HDQ-də vacib vəzifəyə təyin edilmişdi.
Mayor Bozkurt Norveçdə keçirilən “Trident Javelin-2017 təlimində Türkiyəni hədəf seçən qalmaqalı diqqəti sayəsində üzə çıxarıb. Bozkurt bu qalmaqalı təlimi xüsusi şəkildə simulyasiya edən “chatter” ve “facepage” bölümlərində apardığı təhlil zamanı ortaya çıxarıb. Hər gün izlədiyi “chatter”də prezident Ərdoğan adına saxta səhifə açıldığını, bu səhifə ilə Ərdoğan və düşmən qüvvələri arasında saxta mesajlaşmaların aprıldığını fərq edib. ABŞ prezidenti Donald Tramp adına da eyni tərzdə səhifə açılmışdı. Amma bu səhifədən NATO lehinə mesajlar göndərilirdi. Tayyib Ərdoğan adına açılan səhifədə isə Ərdoğanın düşmən qüvvələri ilə əməkdaşlıq etdiyi və silah müqavilələri işinə girdiyi iddia edilirdi, Atatürk də düşmən kimi hədəf göstərilirdi. Ərdoğan adına göndərilən saxta mesajların birində Rusiya prezidenti Vladimir Putinin təlimdəki simvolik adı olan “Prezident Joakim Blixen”dən bəhs edilirdi. Mesajda “Prezident Joakim Blixen ilə sabah Stokholm qalasında görüşəcəyik” yazılmış, daha sonra “Əziz izləyicilər Türkiyə Respublikasının SAA 20 raketləri məsələsində razılaşma əldə etdiyini elan etmək böyük bir zövqdür. Prezident Joakim Blixenə təşəkkürlər” yazısı və NATO-nu ələ salana karikaturadan istifadə olunmuşdu.
Saxtakarlığı ilk fərq etdiyi an “Prezidentimin adına söz dedirtmərəm” deyən mayor Bozkurt məsələ ilə bağlı dərhal komandirləri xəbərdar edib. Beləliklə, Türkiyə “müttəfiqi” NATO-da baş verən qalmaqaldan bir neçə il əvvəl FETÖ istintaq işlərinin qurbanına çevrilib, karyerası məhv edilən mayor Ebru Nilhan Bozkurtun diqqətin sayəsində xəbərdar oldu. (avropa.info)