Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Naxçıvanda ilk dəfə olaraq “Yer saatı 2019 ” ekoloji kampaniyası keçirilib – FOTOLAR

Hər il mart ayının axırıncı şənbə günü  milyonlarla insan dünyanın hər yerində  işıqları bir saatlıq söndürərək planetimiz üçün diqqət, qayğı və sevgilərini nümayiş etdirirlər.

Boyukmillet.com xəbər verir ki, Naxçıvan şəhərindəki “Təbriz” otelinin qarşısında saat 20:00 da bu təqvim xüsusi olaraq qeyd edilib. Aksiya iştirakçıları otelin qarşısına toplaşaraq şəhərin mərkəzində yerləşən binaların işıqlarının bir saatlıq söndürülməsi prosesini izləyiblər.

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə “Yer saatı” kampaniyası çərçivəsində veloyürüş, rəqs qruplarının rəqsləri, fasiləsiz musiqi nömrələri və digər sürprizlər  gənclərin marağına səbəb olub.

Qeyd edək ki, “Yer saatı”  aksiyası   Ümumdünya Vəhşi Təbiət Fondu tərəfindən hər il keçirilən beynəlxalq tədbirdir. Həmin iştirakçılar hər kəsi həyati əhəmiyyət daşımayan bütün elektrik cihazlarını bir saatlığa söndürməyə çağırır. Bununla da dünyada iqlimin dəyişməsinə diqqət ayırmağa çalışılır. Hər il aksiyada milyonlarla insan iştirak edir.  Azərbaycan da rəsmi olaraq 2011-ci ildən “Yer saatı” kampaniyası qeyd edilir. Məşhur binaların fasad işıqları bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə aksiya iştirakçıları enerjiyə qənaəti təşviq edirlər.

 

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir