Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

PA rəsmisi: Aprel döyüşləri ilə bağlı Azərbaycandan Avropa Məhkəməsinə göndərilən 700 iş icraata götürülüb

Dağlıq Qarabağda ermənilər tərəfindən cinayətlər törədilib. Bu cinayətlər hələ də davam edir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov bu gün Milli Məclisdə “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Ç.Əsgərov bildirib ki, orada Ermənistan tərəfindən dəvət edilən şirkətlər iş aparırlar: “Azərbaycana məxsus tarixi abidələrdə dəyişiklik edilir. Ermənilər Dağlıq Qarabağdan iqtisadi sahədə də istifadə edirlər, orada istehsal olunan malları öz malları kimi təqdim edirlər. Bu, cinayətdir. Ona görə də bu cinayətlərin qarşısı alınmalıdır. Bu baxımdan bu gün müzakirə edilən qanun layihəsinin qəbulu mühüm əhəmiyyət kəsb edir”.

PA rəsmisi həmçinin bildirib ki, 2016-cı ilin aprel döyüşləri ilə bağlı Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə 700 ərizə göndərilib və həmin işlər artıq icraata götürülüb.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir