Çərşənbə axşamı , 21 May 2024
Drone Cameras

Pakistanın ordu generalı: “Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək davam edəcək”

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Zubair Mahmud Hayatla görüşüb.
Boyukmillet.comunreporta istinadən verdiyi məlumata görə, görüşdə təcavüzkar Ermənistanın Azərbaycana qarşı vaxtaşırı həyata keçirdiyi təxribatlar, Dağlıq Qarabağ və Kəşmir məsələlərinin BMT-nin qəbul olunmuş qətnamələri əsasında həllinin zəruriliyi, Azərbaycan və Pakistanın silahlı qüvvələri arasında hərbi-texniki sahədə əməkdaşlığın daha da gücləndirilməsi, təcrübə mübadiləsinin artırılması və yeni birgə layihələrin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb, ordu generalı Zubair Mahmud Hayatın Azərbaycana nəzərdə tutulan səfəri müzakirə edilib.
Ordu generalı Zübair Mahmud Hayat Dağlıq Qarabağ münaqişəsinin və Kəşmir məsələsinin həll olunmaması nəticəsində günahsız insanların daim həyatını itirdiyini, Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyin davam edəcəyini və Azərbaycana səfəri zamanı iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın daha da genişləndirilməsi və artırılması imkanlarının müzakirə olunacağını vurğulayıb.

 

Boyukmillet.com

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir