Şənbə , 27 İyul 2024
Drone Cameras

Peterburqda səs-küylü cinayət: biznesmen Mustafayevin arvadını da tutdular

Peterburqda dekabrın 25-də Su muzeyindən məktəbliləri Kirovsk şəhərinə daşıyan avtobusun sürücüsünə qarşı hücumun iştirak çısı olmuş qadın da tutulub. Bu barədə RF İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Zülfiyyə Seyidmuradova dekabrın 28-nə keçən gecə tutulub. Hadisə yerində onunla birgə olmuş Əlizadə Mustafayevə qarşı artıq ittiham irəli sürülüb və hazırda Seyidmuradovaya ittihamın irəli sürülməsi və onlar barəsində qətimkan tədbirinin seçilməsi məsələsi həll olunur. Hər iki saxlanılan cinayət əməli törətdiklərini etiraf ediblər.

Avtobus sürücüsünə hücumla bağlı RF Cinayət Məcəlləsinin “xuliqanlıq” maddəsi üzrə cinayət işi başlanıb. Daha əvvəl isə eyni fakt üzrə “adam öldürməyə cəhd” maddəsi ilə iş başlanmışdı. Hazırda bu iki cinayət işi birləşdirilib. (Virtualaz.org)

 

Boyukmillet.com

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir